• $
  • €
  • ₽
  • ₺
  • £

Hərraca 384 manata avtomobil çıxarılır

Hərraca 384 manata avtomobil çıxarılır
11.09.2017 14:40
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

anews.az xəbər verir ki, hərraca ümumilikdə 70 dövlət əmlakı çıxarılıb. Bunlardan  20-si səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Cəlilabad, Balakən, Şəmkir, İmişli, Göyçay, Samux və digər rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakəndə olan Əmlak Kompleksi, paytaxtın Xəzər rayonunda yerləşən 7 saylı Stomatoloji poliklinika, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakəndə olan Əmlak Kompleksidir. 715 min manata təklif olunan müəssisənin torpaq sahəsi 38 min kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 11 min kv.m-dən çoxdur. Bundan başqa, Sumqayıtda yerləşən Əmlak Kompleksi 487 min 500 manata, Bakının Xəzər rayonunda olan "Mərdəkan” kafesi isə 300 min manata hərraca çıxarılıb.

Müxtəlif növ nəqliyyat vasitələri də hərracda özəlləşdirilməyə çıxarılıb. Nəqliyyat vasitələrinin əksəriyyəti kənd təsərrüfatında istifadə edilən traktorlar, kombaynlardır. Buraxılış tarixi isə 2005-2006-cı illəri əhatə edir. Avtomobillərin ilkin start qiyməti 384 manatla 30 min 230 manat arasında dəyişir. Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Zaqatala Fındıq”, "Sabirabad Mexanikləşdirmə”, "Ağsu Sənaye İnşaat”, "Lənkəran Taxıl”, "Beyləqan Buzxana ”, "Əli Bayramlı Kəndnəqliyyat ” kimi səhmdar cəmiyyətlər var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol