• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 32 təhsil işçisi işdən çıxarıldı

Bakıda 32 təhsil işçisi işdən çıxarıldı
11.09.2017 15:20
Ötən tədris ilində aparılmış araşdırmalar nəticəsində vəzifələrindən sui-istifadə etmə, neqativ hallarla bağlı paytaxtda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 1 əməkdaşı, 15 təhsil müəssisəsinin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant işdən azad ediliblər.

anews.az Trend-ə istinadən xəbər verir ki, bunu BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2016-cı ilin 1 sentyabr tarixindən indiyədək İdarənin Daxili nəzarət sektoruna müxtəlif təşkilat və vətəndaşlardan 426 müraciət daxil olub: "Onlardan 416 müraciət əsaslandırılaraq, müvafiq qaydada cavablandırılıb, 10 müraciət isə hazırda icraatdadır. Səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar nəticəsində 3 ümumtəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib”.

M.Vəliyeva qeyd edib ki, aparılan araşdırmaların nəticələri əsasında qeyd edilən şəxslərdən başqa, BŞTİ-nin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim intizam məsuliyyətinə cəlb edilib, 3 direktor müavininə, 78 müəllimə xəbərdarlıq edilib.

M.Vəliyeva deyib ki, görülən tədbirlər nəticəsində artıq ödənilmiş 17030,86 manat məbləğin dövlət büdcəsinə qaytarılması təmin edilib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol