• $
  • €
  • ₽
  • ₺
  • £

Anasını zorlamağa çalışanı xəstəxanada bıçaqladı

Anasını zorlamağa çalışanı xəstəxanada bıçaqladı
12.09.2017 14:25
Adam öldürməyə cəhddə təqsirləndirilən Vidadi Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

anews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Şəmsəddin Quliyev müdafiə çıxışı edib.

Müdafiəçi çıxışında bildirib ki, Vidadi Məmmədovun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmayıb: "Vidadinin niyyəti zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirmək olub. Zərərçəkmiş Bəhruz Paşayev təqsirləndirilən şəxsin anasına təcavüz etməyə cəhd edib. Bunu görən Vidadi də bu hərəkəti edib.

Həmin vaxt Vidadi affekt vəziyyətində olub, həyəcanlanıb və özünü itirib. Onu öldürmək yox, cinsiyyət orqanını kəsib, cəzalandırmaq istəyib. Ona görə Vidadiyə sanksiyadan daha aşağı həddə cəza verilməsini xahiş edirik".

Məhkəmədə replika hüququndan istifadə edən prokuror bildirib ki, zərərçəkmiş Bəhruz Paşayev barəsində də cinayət işi açılıb.

B.Paşayev barəsində Quba Rayon Prokurorluğunda 29.149-cu (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsinə zidd olaraq mənzilə daxil olma) maddələri ilə cinayət işi açılıb.

İş Quba Rayon Məhkəməsinə göndərilib.

Daha sonra təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edərək vəkili ilə razı olduğunu deyib.

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Vidadi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Vidadi Məmmədova 14 il 6 ay cəza istəmişdi.

Qeyd edək ki, hadisə bu il Qubanın Mirzəqışlaq kəndində baş verib.

33 yaşlı kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Samirə Məmmədova arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan Samirə Məmmədovanın oğlanları da mübahisəyə qoşulublar.

Bəhruz Paşayev həmin vaxt sərxoş olub. Onun S.Məmmədovaya təcavüz etmək istədiyi bildirilir.

Bu zaman münaqişə yaranıb və Bəhruzun üzərinə qaynar su tökülüb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Cərrahiyyə şöbəsində müvafiq yardımlar göstərilərkən gecə saatlarında özünü zərərçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.

Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub.

Vidadi Məmmədova Cinayət Məcəlləsinin 29.120-ci (öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol