• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi yerlərdə leysan, qar yağacaq

Bəzi yerlərdə leysan, qar yağacaq
02.10.2017 17:20
Oktyabrın 3-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 12-14° isti, gündüz  14-16° isti, Bakıda gecə 12-14°, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək - 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 % olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 5-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  8-13°, gündüz  13-16° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti, yüksək dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol