• $
  • €
  • ₽
  • ₺
  • £

Sel Lənkəranda 10 körpünü dağıdıb

Sel Lənkəranda 10 körpünü dağıdıb
05.10.2017 22:30
Lənkəran rayonunda sel bir çox fəsadlar törədib.

anews.az Report-a istinadən xəbər verir ki, daşqınlar nəticəsində 10-a yaxın körpü dağılıb. 

Bundan başqa, Ələt-Astara avtomobil yolunun Velədi kəndi ərazisindən keçən hissəsində, Lənkərançayın üzərindəki avtomobil körpüsündə dörd yerdə çatlar əmələ gəlib. 

Təbii fəlakətlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətində fövqəladə yığıncaq keçirilib. Bildirilib ki, otyabrın 2-dən etibarən yağan aramsız leysan yağışlar nəticəsində Lənkərançay, Girdəni çayı, Viravul çayı, Boladı çayı, Qumbaşı çaylarının məcralarından çıxması səbəbindən ətraf əraziləri su basıb. 

Nəticədə şəhər ərazisi də daxil olmaqla, Sütəmurdov, Girdəni, Şovu və Narbağı kəndi ərazilərində 34 evdən sakinlər Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin canlı qüvvəsi və texnikası vasitəsi ilə təxliyyə edilərək, qohumlarının evinə köçürülüblər.

Əşlə kəndində dəmir-beton konstruksiyalı 1 avtomobil körpüsü, Vilvan kəndində 1 piyada körpüsü, Boladi çayının üzərindəki 1 dəmir konstruksiyalı avtomobil körpüsü, Havzova kəndində 1 dəmir konstruksiyalı avtomobil körpüsü dağılıb. Girdəni kəndində Ulumçayın daşması nəticəsində bir məhəlləni magistral yolla birləşdirən körpü dağılıb. Şovu kəndində yeni tikilmiş ikimərtəbəli iki yaşayış evi və ona qədər evin daş hasarını sel suları dağıdıb. "Bəşəru” istirahət mərkəzi və Təngivan kənd ibtidai məktəbini sel suları basıb. Hətta Lerik rayonuna gedən 35 minlik elektrik xətti dirəyini də sel suları aşırıb.

Eyni zamanda, dağ kəndlərindən olan Gəgiran, Tuado, Bəliton kəndlərində torpaq sürüşmələri baş verib.

Yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb. Tuado kəndində dəmir-beton konstruksiyalı körpü dağılıb. Gəgiran kəndində bir ev qəzalı vəziyətə düşüb.

Günəhir-Türkəncil yolunun bir neçə yerində də sel suları avtomobil yolunu yuyub. Lənkəran-Lerik avtomobil yolunun 18-ci km-də torpaq sürüşməsi baş verib.

Lənkəran çayının və magistral kollektorun məcradan çıxması nəticəsində şəhər ərazisində 150-dən çox, kəndlərdə isə 400-dən artıq evə və ya təsərrüfata ziyan dəyib, lil kütləsi evlərə dolub.

Lənkərandakı yarımstansiyada baş verən qəza səbəbindən rayon ərazisinin bir çox ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb. Bu istiqamətdə təmir-bərpa işləri aparılsa da, hələlik qəzaları tamamilə aradan qaldırmaq mümkün olmayıb.

Hazırda yağış dayanıb, evlərdən sular çəkilir və fəsadların aradan qaldırılması üçün operativ tədbirlər görülür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol