• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Şamaxı yolunda DƏHŞƏTLİ QƏZA

Bakı-Şamaxı yolunda DƏHŞƏTLİ QƏZA
12.10.2017 22:15
Bakı-Şamaxı yolunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazidə qeydə alınıb. İki "Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu və İsmayıllı rayon sakinləri olan 7 nəfər ağır xəsarət alıb.

Məlumata görə, 1983-cü il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlu, 1978-ci il təvəllüdlü Sadıqova İradə Allahverdi qızı, 1986-cı il təvəllüdlü Günəşov Nicat Hacıbala oğlu, 1991-ci il təvəllüdlü Qurbanzadə Fuad Bəhram oğlu, 1982-ci il təvəllüdlü İbrahimov Rabil Əbülfət oğlu, 1990-cı il təvəllüdlü Niftalıyev Vüqar Arif oğlu təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə səbəbindən yolda nəqliyyat sıxlığı yaranıb və avtomobillərin hərəkəti təxminən 20 dəqiqə məhdudlaşıb. Yol polisi əməkdaşları hadisə yerinə gəldikdən sonra nəqliyyatın hərəkəti təmin olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol