• $
  • €
  • ₽
  • ₺
  • £

Fərhad Əliyev barədə YENİ İDDİA...

Fərhad Əliyev barədə  YENİ İDDİA...
13.10.2017 22:42
Avropa Şurasının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələr ölkədəki bir sıra siyasi partiyaların ciddi etirazına səbəb olub.
 
Moderator.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bu qətnamənin qəbulunda daxildəki bəzi qüvvələrin də mühüm rol oynadığını bildirib:
 
"Avropa Şurasının məlum qətnamələri Azərbaycana qarşı yönəlmiş qərəzin ifadəsidir. Doğrudur, ölkəmizdə də müəyyən nöqsanlar, çatışmazlıqlar var. Lakin bütün bunlar o cür ermənipərəst qətnamənin qəbul edilməsinə əsas vermir. Əgər Avropa Şurası Dağlıq Qarabağda ermənilərin törtədiyi vəhşilikləri etiraf edərək yurd-yuvasından didərgin salınmış bir milyon insanın hüquqlarını müdafiə edən bir sənəd ortaya qoymuş olsaydı, bu cür qətnaməni qəbul edilməsində qərəz olmadığını düşünmək olardı. Amma AŞPA təpədən dırnağadək antiAzərbaycan qüvvələrə meydan verib, ermənilərə aşkar himayədarlıq edir.
 
Eyni zamanda etiraf edilməlidir ki, həm daxildə, həm də xaricdə Azərbaycanı istəməyən qüvvələr var. Biz heç zaman sapı özümüzdən olan baltaların pisniyyət addımlarını unutmamalıyıq. Azərbaycana qarşı bu cür qərəzli sənədlərin qəbulunda ermənilərə qohumluq əlaqəsi çatan ölkəmizdəki bəzi məmurların da az "əməyi" yoxdur. Onlar bir növ Qərbə pas ötürür. Içimizdən olan satqın siyasi qüvvələrin də burada müəyyən rolu var.
 
Bu məsələlərdə vaxtilə hakimiyyətdə təmsil olunan, indi isə yenidən hakimiyyətə qayıtmaq istəyən Fərhad Əliyev amili də var. Son vaxtlar ölkədəki siyasi prosesləri F.Əliyev maliyyələşdirir. F.Əliyev orda-burda deyir ki, 4 milyard verib ölkəyə gəlmişəm. Sumqayıtda böyük bir zavod alıb. O zavodda işləyənlərin isə əksəriyyəti meydanlarda mənim qardaşımı təhqir edən insanların yaxın qohumlarıdır. Bunlar düşündürücü məsələlərdir. Məndə məlumat var ki, Avropa Şurasında Azərbaycan əleyhinə çıxan insanlarla F.Əliyevin yaxın münasibətləri var. Cəmil Həsənli də F. Əliyev vasitəsilə onlara yalançı faktlar verir. F.Əliyev orda-burda deyir ki, ABŞ məni Azərbaycana prezident gətirmək istəyir. Bunların hamısı bir mənbədən qidalanır.
 
Avropa Şurasında isə o qədər avara, yerində olmayan deputatlar var ki, onlar ökə daxilində çaxnaşma yaratmaq istəyən satqın məmur təbəqəsi ilə birləşib ölkənin imicinə zərbə vururlar.
Dövlət bizimdir. Hökumətdən, onun üzvlərindən incimək olar. Lakin dövlətdən inciyib dövləti satmaq, yalançı məlumatları aparıb Avropa Şurasında ermənilərlə sıx işləyən insanlara vermək olmaz.
Biz Avropasız da yaşaya bilərik. Avropa bizə çörək, su vermir, Qarabağ problemini həll etmir. Onlar Azərbaycana təzyiq gösərməyə çalışılar. Lakin mənim qardaşım iradəli insandır. Onun peşəkar dövlət xadimi kimi davamlı manevrləri, siyasi iradəsi onu iddia etməyə əsas verir ki, dövlət başçısı heç bir şeyin qarşısında əyilməyəcək.
 
Qərb filankəslərin siyasi məhbus olduğunu bildirir, onları azad etməyə çağırır. Buraxaq, nə olasıdır ki? Leyla Yunusu, Xədicəni, Tofiq Yaqublunu buraxdıq nə etdilər ki? İndi də gəlin İlqarı buraxaq, nə edəcək ki? Bunlara pas vermək lazım deyil. Bu, bizə böyük ziyan gətirən addımlar deyil. Onlar kimdir ki, bizə nə isə edə?
 
Bəlkə də bu sözüm birmənalı qarşılanmayacaq və məni Rusiyapərəsrlikdə qınayacaqlar, amma biz Rusiya ilə daha yaxından əməkdaşlıq edərək Avropa Şurası kimi ikiüzlü təşkilatlara üzvlükdən imtina etməliyik. Azərbaycan göstərməlidir ki, Qərb Qarabağı qaytarmaq bir yana, bizə qarşı davamlı qərəz sərgiləyirsə, deməliyik ki, mənə kim kömək edəcəksə, onun yanında duracam. Bu baxımdan Avropa Şurası bizə o qədər də lazım olan qurum deyil. Biz bütün dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarıyıq. Kiminsə bizə diktə etməsi yolverilməzdir.
 
Mən bayaq ölkəmizdə qarışıqlıq yaratmaq istəyən qüvvələrin olduğunu dedim. Azərbaycan əleyhinə qətnamələr qəbul edilən günü Milli Şura rəhbərliyinin banket verməsinin şahidi olan insanlar var. Niyə bunları demirlər? Yerli məmurların da bu işdə əli var. Onlar çalışır ki, dövlət başçısının başı qarışsın bu kimi məsələlərə və onlar istədiklərini etsin.
 
Mənim Avropa Şurasının Bakı nümayəndəsi ilə görüşüm gözlənilir. Orada da öz sözümü deyəcəm. Qərb ölkələrinin səfirləri ilə də görüşümüzdə fikirlərimi bildirəcəm və öz etirazımı onların diqqətinə çatdıracam”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol