• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik işəgötürənlərə müraciət edib

Nazirlik işəgötürənlərə müraciət edib
20.10.2017 16:00
"Əmək müqaviləsi yalnız on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər və bu yaş həddinə çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb olunur”.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, bu fikir nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) "Uşaq əməyinin istismarı ilə bağlı nəzarət funksiyaları olan orqanların birgə fəaliyyətinin əhəmiyyəti” mövzusunda Bakının Nərimanov rayonunda təşkil etdiyi seminarda vurğulanıb.
 
Tədbirdə DƏMX-nin və xidmətin 2 saylı region (Bakının Nərimanov rayonu) üzrə Dövlət Əmək Müfəttişliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının, Nərimanov rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin, ayrı-ayrı təhsil müəssisələrinin və işəgötürənlərin, aidiyyəti QHT-lərin nümayəndələri iştirak edib.
 
Qeyd olunub ki, Əmək Məcəlləsi uşaq əməyinə münasibətdə mütərəqqi, humanist yanaşmaları əks etdirir və Məcəllə ölkədə uşaqların  onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini qadağan edir. 2014-cü ilin iyul ayından tətbiq olunan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin üstünlüklərindən biri də odur ki, sistem 15 yaşdan aşağı olan şəxslərlə hər hansı əmək müqaviləsinin qeydiyyatdan keçirilməsinə və rəsmiləşdirilməsinə imkan vermir. Yəni sistem belə müqavilələri avtomatik müəyyən edir və onlarla bağlı  bildirişləri heç bir halda qeydiyyat üçün qəbul etmir.
 
Tədbirdə vurğulanıb ki, 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Yaşı 18-dən az olan şəxslər isə əmək şəraiti ağır, zərərli iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, eləcə də onların əxlaqi  kamilliyinin inkişafına mənfi təsir göstərə biləcək iş yerlərində işlərə cəlb edilə bilməzlər. Seminar zamanı yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, onlar üçün qanunvericilikdə nəzərdə tutulan təminatlar, işəgötürənlər tərəfindən bu təminatlara  əməl olunmasının məcburi olduğu diqqətə çatdırılıb.
 
Uşaq əməyinin istismarı hallarına qarşı mübarizə sahəsində DƏMX-nin aidiyyəti qurumlarla birgə fəaliyyətindən, bu sahədə ardıcıl şəkildə aparılan təbliğat-maarifləndirmə işlərindən də bəhs olunub. Bildirilib ki, görülən işlərin müsbət nəticəsi kimi, ölkəmizdə uşaq əməyinin istismarı hallarının sayı minimuma enib.
 
Qeyd edək ki, DƏMX tərəfindən bu ilin ötən dövründə Bakıda və respublikamızın müxtəlif bölgələrində əmək münasibətləri sahəsində uşaq hüquqları ilə bağlı maarifləndirmə məqsədilə 6 seminar keçirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol