• $
  • €
  • ₽
  • ₺
  • £

“Qəbul imtahanı bir neçə dəfə keçiriləcək” - Məleykə Abbaszadə

“Qəbul imtahanı bir neçə dəfə keçiriləcək” - Məleykə Abbaszadə
20.10.2017 16:06
2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı Dövlət İmtahan Mərkəzinin bütün regional bölmələrində valideynlər və şagirdlərlə görüş keçiriləcək.

AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il IX sinifdə oxuyan şagirdlər buraxılış imtahanlarını yeni model əsasında veriblər, onların müəyyən qədər təcrübəsi var:

"Amma bununla yanaşı, onların da müəyyən sualları olur. İki ildən sonra yeni formada buraxılış və qəbul imtahanlarında abituriyentləri, şagirdləri nə gözləyəcəyi ilə bağlı bütün suallara cavab vermək üçün maarifləndirmə işi bütün regionlarda aparılacaq”, - deyə M.Abbaszadə bildirib.

DİM rəhbər bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək: "Bu il X sinifdə oxuyan şagirdlər üçün sınaq imtahanlarının keçirilməsi də nəzərdə tutulub. Onlar üçün sınaq imtahanları yalnız X sinfin proqramı çərçivəsində hazırlanacaq. Yeni imtahan modelinin tətbiqindən əvvəl bir neçə dəfə sınaq və monitorinq imtahanı keçirəcəyik ki, indi X sinifdə oxuyanların hansı səviyyədə olduğunu, onlardan XI sinifdə nəyi soruşa biləcəyimizi və bu suallara hansı səviyyədə hazırlaşdıqlarını müəyyənləşdirək”.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri tərəfindən diqqətlə dinlənilib. 

Müraciətlər əsasən ümumi orta və tam orta təhsil bazasında orta ixtisas, habelə ali təhsil müəssisələrinə qəbulla bağlı və magistratura pilləsinə aid olub. Bir sıra müraciətlər yerindəcə öz həllini tapıb, bəzi müraciətlər barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol