• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 6 universitetinin reytinqi yüksəlib

Azərbaycan 6 universitetinin reytinqi yüksəlib
20.10.2017 22:16
Bu günlərdə Böyük Britaniyanın "Quacquarelli Symonds” agentliyi tərəfindən "İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinqinin açıqlayıb.

Təhsil Nazirliyindən  verilən məlumata görə, dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı regional reytinq cədvəlinə Azərbaycanın 6 universiteti daxil olub. Reytinqdə təmsil olunan ali məktəblərimizin sayının artması diqqətəlayiqdir.Azərbaycanın ali məktəblərinə sıralamada Bakı Dövlət Universiteti başçılıq edir.

Ən yaxşı 100 universitet sırasında BDU (95-ci) və Xəzər Universiteti (100-cü) yer ala biliblər. Digər ali məktəblərimiz reytinqə aşağıdakı ardıcıllıqla daxil olublar: Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).

Təhsil Nazirliyindən verilən məlumatda vurğulanır ki, ali məktəblərimizin reytinq fəallığına əsasən, universitetlərimizin akademik və işəgötürənlər arasında nüfuzu artdığı müşahidə edilir:

"Reytinqin təhlili göstərir ki, BDU "akademik nüfuz” kateqoriyası üzrə 58.7, "işəgötürənlər arasında nüfuz” kateqoriyası üzrə 37.5, müəllim-tələbə nisbəti kateqoriyası üzrə 32.1, əcnəbi müəllimlərin sayı kateqoriyası üzrə 20, əcnəbi tələbələrin sayı kateqoriyası üzrə 11.8, professor-müəllim heyətinin nəşri aktivlik dərəcəsi üzrə 12.4, elmi dərəcəli əməkdaşların sayı üzrə 69.1, elmi məqalələrinə olan istinadların sayına görə 17.2 balla qiymətləndirilib.
Xəzər Universiteti "akademik nüfuz” kateqoriyası üzrə 43.5, "işəgötürənlər arasında nüfuz” kateqoriyası üzrə 41.4, müəllim-tələbə nisbəti kateqoriyası üzrə 35.4, əcnəbi müəllimlərin sayı üzrə 100, əcnəbi tələbələrin sayı üzrə 74, professor-müəllim heyətinin nəşri aktivlik dərəcəsi üzrə 1.7, elmi dərəcəli əməkdaşlarının sayı üzrə 75.8 balla qiymətləndirilib.

Ötən il Azərbaycan universitetləri arasında adıçəkilən reytinqdə 5-ci yerdə qərarlaşan UNEC builki nəticələrə görə iki pillə yüksələrək ən reytinqli 3-cü Azərbaycan universiteti olub. UNEC "akademik nüfuz” kriteriyası üzrə 34.1 bal toplayıb. Ali məktəbin "işəgötürənlər arasında nüfuz” göstəricisi isə bu il təxminən iki dəfə yüksələrək 39.9 balla qiymətləndirilib. Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti üzrə 13.3, elmi dərəcəli əməkdaşlarının sayı üzrə isə 18.9 bal toplayıb”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol