• $
  • €
  • ₽
  • ₺
  • £

Üzərində Ermənistan bayrağı olan maşın Bakıya necə gətirilib? - VİDEO

Üzərində Ermənistan bayrağı olan maşın Bakıya necə gətirilib? - VİDEO
21.10.2017 21:22
Son günlər sosial şəbəkələrdə üzərində Ermənistan bayrağının rəngləri olan və Bakıda idarə edilən bir avtomobilin şəkli geniş müzakirələrə səbəb olub. "Qaynarinfo" xəbər verir ki, "Xəzər TV" avtomobilin sahibi ilə əlaqə saxlayıb və bunun səbəbini araşdırıb.

Dövlət qeydiyyat nişanı 10 UU 550 olan bu avtomobilin üzərində Ermənistan bayrağının rəngləri həkk olunub.

Ölçüsü kiçik olan bu emblemə diqqətlə baxdıqda isə üzərində ''Euro motor cars'' sözləri yazılıb. Məlum olub ki, sözügedən avtomobilin sürücü Şahin Xanaliyevdir. Həmin şəxs kamera qarşısında danışmağa razı olmasa da, avtomobilinin üzərindəki rənglərin erməni bayrağı ilə əlaqəsi olmadığını və maşını 6 il əvvəl Bakıda fəaliyyət göstərən satış salonundan aldığını bildirib.

Sürücünün sözlərinə görə, o, Macarıstanda yaşayır və çox az hallarda avtomobili idarə edir.

Nişanın məxsus olduğu şirkət barəsində axtarış etdikdə isə məlum olur ki, avtomobil satışı ilə məşğul olan bu şirkət Amerikanın Marlyand ştatında fəaliyyət göstərir. Şirkətin logosunun Ermənistan bayraqının rənglərindən ibarət olması isə onun sahibinin də erməni olması ehtimalını yaradır.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin sözçüsü Vaqif Əsədov açıqlamasında bildirib ki, bu hala görə həmin sürücüyə hər hansı cəza tətbiq etmək mümkün deyil. Yalnız sürücü ilə əlaqə saxlanılıb və həmin sürücü artıq sözügedən nişanı avtomobilindən çıxarıb.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol