• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni taksilər gəlir

Yeni taksilər gəlir
23.10.2017 21:38
Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara, eləcə də ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə yaxın gələcəkdə "Airporttaxi” fəaliyyətə başlayacaq.

Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, hazırda konsepsiyası hazırlanan bu xidmət Bakının cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsi, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasına dəstək üçün yaradılacaq. Paytaxtımız üçün yenilik olacaq bu xidmət çərçivəsində hava limanında xidmət edəcək taksilərə və onların sürücülərinə dair xüsusi tələblər də müəyyən edilib. Hazırda bu istiqamətdə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər aparılır.

Qeyd edək ki, 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində sərnişindaşıma xidmətinin təşkili və idarəolunması üzrə inkişafa nail olub. İctimai fikrin öyrənilməsi üzrə obyektiv təhlillər aparan Milli Sorğu Mərkəzinin (www.sorgu.az) bu mövzuda apardığı sorğunun nəticələri də göstərib ki, ictimaiyyət Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən məmnundur. Sorğuda iştirak edən 20 655 nəfərin 72%-i Agentliyin işindən razı olduğunu ifadə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol