• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ərazilərdə sürüşmə təhlükəsi var

Bu ərazilərdə sürüşmə təhlükəsi var
26.10.2017 15:03
Bakının Masazır, Zığ qəsəbələri, Amfiteatrın cənub şərq-şərq qanadları, Bayıl, 20-ci sahədən Bibiheybətə qədər olan ərazilər sürüşmə, uçqun baxımından təhlükəli sahələrdir.

Anews.az xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov APA-ya deyib ki, həmin ərazilərdə güclü yamac bərkitmə işlərinin görülməsinə ehtiyac olduğu dəfələrlə bildirilsə də, bu günə qədər konkret tədbirlər həyata keçirilməyib.

Şöbə müdiri qeyd edib ki, Badamdar yolunda sürüşmə təhlükəsi hələ də qalmaqdadır: "Bu yolda bir dəfə sürüşmə baş verib və təhlükə yenə də mövcuddur. Yamaclara baxış zamanı orada qalın dellivual çöküntülərin olduğu müəyyənləşib. Onlar da sürüşməyə meyilliliyi artırır. Yağıntı çox düşən kimi belə ərazilərdə sürüşmə təhlükəsi baş verə bilər”.

M.İsmayılov qeyd edib ki, Bakının Zığ, Masazır qəsəbələrində, Günəşli yaylasının şimal, şimal-şərq yamaclarında olan evlər sürüşmə təhlükəli ərazilərdə yerləşir.

Şöbə müdirinin sözlərinə görə, bu gün ölkənin dağlıq ərazilərinin 60 faizi sürüşmə təhlükəlidir: "Azərbaycanda bir qrup alim tərəfindən sürüşmələrin risk və təhlükə səviyyəsinin tədqiqatı aparılıb. Məlum olub ki, Böyük Qafqazın cənub-şərq yamacında, xüsusilə, Quba, Qusar, Altıağac, Şamaxı, Ağsu, İsmayıllı rayonlarının alçaq və orta dağlıq hissələrində yüksək riskli sürüşmə sahələri 53,3 faizdən çoxdur. Bu da çox ciddi rəqəmdir. Ona görə də həmin ərazilərdə aparılan təsərrüfat işləri mütləq alimlər, AMEA-nın müvafiq institutları ilə razılaşdırılmalıdır. Çox təəssüf ki, bunu hiss etmirik. Sürüşmə riski daşıyan digər ərazilərdən biri də Talış dağlıq ərazisidir. Burada da ən çox sürüşmələr yollara, kəndlərə, çay hövzələrinə yaxın sahələrdə baş verir. Böyük Qafqazın cənub-şərq yamacında Girdimançay, Ağsuçay, Pirsaatçay, Sumqayıtçay, Tuğçay, Gilgilçay, Vəlvələçay, Qudyalçay hövzələrindəki ərazilər isə həm qədim, həm də müasir dövrdə sürüşmə riski daşıyan sahələr kimi qeyd olunur. Həmin çay hövzələrinin yaxınlığında yerləşən məntəqələrdə yaşayış da təhlükəlidir. Amma evlərdən başqa, insanların əkin apardığı, heyvanları saxladığı sahələr də var ki, sürüşmələr bu ərazilər üçün təhlükə daşıyır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol