• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 18+ cizgi filminin yayımı dayandırıldı

Azərbaycanda 18+ cizgi filminin yayımı dayandırıldı
26.10.2017 18:16
Azərbaycanda özəl kanallardan birində erotik elementlər olan cizgi filminin yayımı dayandırılıb.

Anews.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, kanallarda, əsasən, xarici ölkə istehsalı olan cizgi filmləri nümayiş olunur: "Bir sıra hallarda yerli istehsal olan cizgi filmlərdən istifadə olunur. Belə cizgi filmlərinə çox vaxt dövlət büdcəsindən maliyyələşən telekanallarda rast gəlirik. Cizgi filmi seçimlərini kanalların uşaq redaksiyalarındakı mütəxəssisləri edir və hazırda bununla bağlı ciddi bir problemlə qarşılaşmırıq. Ancaq əvvəllər bəzi problemlər olurdu. Belə ki, ilin əvvəlində "Space"in səhər efirində uşaqların dünyagörüşünə, əqli, mənəvi inkişafına mənfi təsir göstərə biləcək cizgi filmlərinə rast gəlinmişdi. Həmin cizgi filmlərində erotik məqamlar - ehtiraslı öpüşmə, ehtiras doğuran rəqslər, bu rəqslərin təsirindən bihuş olma və s. var idi. Bu da, əlbəttə ki, uşaqlar üçün uyğun deyildi. Daha sonra Şuranın müdaxiləsi ilə bu tip cizgi filmlərinin nümayişi dayandırıldı. Yaxşı olardı ki, kanallar cizgi filmini efirə verməzdən əvvəl onun məzmununa baxsınlar".

O, xarici cizgi filmlərinin kütləvi yayımının uşaqların milli adət-ənənələrimizdən uzaq düşməsinə gətirib-çıxara biləcəyini və bunun köklü problem olduğunu əlavə edib: "Mən bu məsələdə kanalları günahlandırmaq istəmirəm. Yerli cizgi filmlərində isə keyfiyyətdən deyil, kəmiyyətdən narazıyıq. Ölkədə cizgi filmləri çox çəkilməlidir ki, kanallar da onları alıb, efirə versinlər".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol