• $
  • €
  • ₽
  • ₺
  • £

Gədəbəyin kənd yolları təmir edildi – XEYRİYYƏÇİLİK

Gədəbəyin kənd yolları təmir edildi  – XEYRİYYƏÇİLİK
26.10.2017 19:53
Gədəbəyin Arıqıran kəndində yolların yararsız vəziyyətdə olan hissələri təmir edilib. Arıqıran kəndinin İnəkboğan, Alinabad kəndiləri ilə olan kəsişməsi və kənddaxili yollar yağıntı nəticəsində tam yararsız vəziyyətə düşərək sıradan çıxmışdı. Arıqıran kənd sakini Əliyev Şahmarın şəxsi vəsaiti hesabına və kənd sakini Vaqif Əsgərovun təşkilatçılğı ilə Arıqıran kəndinin yolu əsaslı təmir edilib. Kəndin digər sakinləri də bu xeyriyyə işinə yardım ediblər. Bu barədə Anews- a kənd sakinləri məlumat verib. Şahmar Əliyev ölkədən xaricdə biznes sektorunda fəaliyyət göstərir. Mütəmadi olaraq Arıqıran kəndində xeyriyyə işləri ilə məşğul olur. Digər bir məlumatı nəzərinizə çatdıraq ki, Arıqıran kəndinin bu yollarını bir neçə il öncə Azərbaycanda, Rusiyada və digər ölkələrdə öz xeyriyyə əməli ilə tanınan mərhum Fazil Məmmədov öz şəxsi vəsaiti hesabına təmir etdirirdi. Kənd yollarının təmirli olması sakinlərin işini asanlaşdırır və rayon mərkəzinə daha rahat, tez getməyə imkan yaradır.
Məsələ ilə bağlı Gədəbəy rayon Arıqıran kənd icra nümayəndəsi Zahir Qarayev də bizimlə söhbətdə məlumatın doğruluğunu təsdiqləyərək bildirdi ki, həmin kənddə xeyriyyəçilər tək yolların təmiri ilə məşğul olmur başqa işlər də görürlər.
 
Zaur Qənbərov 
 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol