• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik açıqlama verdi: “Saatlar geri çəkilməyəcək”

Nazirlik açıqlama verdi: “Saatlar geri çəkilməyəcək”
27.10.2017 17:01
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda bazar günü kompüter və telefonların saatlarının avtomatik olaraq geri çəkiləcəyi haqda məlumatlara aydınlıq gətirib.

Nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarı ilə "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarı ləğv edilib. Bu səbəbdən 2016-cı ilin mart ayından yay vaxtı tətbiq edilmir.

"Beynəlxalq təcrübəyə əsasən dünya üzrə vaxt zonalarının vahid verilənlər bazası (TZ database) Internet Assigned Numbers Authority (IANA) tərəfindən aparılır. Bu mənbə bütün proqram və avadanlıq istehsalçıları üçün əsas istinad yeridir və buradakı düzəlişlərə mütləq riayət edilir. Ölkəmizdən, o cümlədən tərəfimizdən edilmiş müraciətlərə əsasən artıq 23 mart 2016-cı il tarixində bu verilənlər bazasında Azərbaycanın vaxt zonası məlumatları düzgün göstərilib və yay vaxtına keçidin olmadığı qeyd edilib.

Hazırda əsas proqram təminatı, kompüter, server, mobil telefon və s. istehsalçılarının məhsullarında bu məqam nəzərə alınıb. Əgər hər hansı bir problem varsa, proqram təminatının yenilənməsi həyata keçirilməlidir. Həmçinin, ”tarix və vaxt” menyusundan "avtomatik” rejimin seçməməklə də bu problem aradan qaldırıla bilər”.

Qeyd edilib ki, 2017-ci ildə Azərbaycanda yay vaxtına keçid həyata keçirilmədiyi üçün oktyabr ayında saatlar geri çəkilməyəcək. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol