• $
  • €
  • ₽
  • ₺
  • £

14 yaşında ərə verilən qızın acı sonu

14 yaşında ərə verilən qızın acı sonu
29.10.2017 08:35
Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş vermiş dəhşətli ailə faciəsinin detalları məlum olub.
 
Xebervar.net lent.az-a istinadən xəbər verir ki, qardaşı tərəfindən sevdiyi oğlan qətlə yetirilən və bu hadisədən bir həftə sonra özünü öldürən 21 yaşlı Xəlilova Ayşən Azər qızının daha əvvəl bir dəfə ailəli olduğu məlum olub. Hələ 14 yaşında ailə quran Ayşənin bu uğursuz izdivacdan 2 azyaşlı oğlan övladı varmış. Gənc qadın övladları ilə birgə ata evinə qayıdıbmış. Daha sonra onun eyni küçədə yaşayan 28 yaşlı Tural Məmmədovla münasibəti yaranıb.
 
Qəsəbə sakinlərinin bildirdiyinə görə, Tural Məmmədov tərbiyəli gənc kimi tanınıb. Ayşən Xəlilova barəsində də xoşagəlməz fikir olmayıb. Lakin qızın 17 yaşlı qardaşı Həsrət Xəlilov onların münasibətindən xəbər tutandan sonra qəti etirazını bildirib və evdə dava-dalaş salıb. Daha sonra o, Turalı bıçaqlayaraq öldürüb.
 
Bu günlərdə Ayşən Xəlilova qardaşı tərəfindən öldürülən Turalın məzarı başında özünü öldürmək istəyib. Lakin buna imkan verilməyib və onu ata evinə gətiriblər. Daha sonra evdə nəzarətsiz qalan 21 yaşlı Ayşən özünü asaraq intihar edib.
 
Ayşən Xəlilova bu gün dəfn ediləcək. Onun qardaşı tərəfindən qətlə yetirilən Turalgildə isə bu gün yeddi mərasimidir.
 
Qeyd edək ki, oktyabrın 20-də Zəyəm qəsəbəsində 28 yaşlı Tural Məmmədov həmkəndlisi, 17 yaşlı Həsrət Xəlilov tərəfindən bıçaqlanaraq öldürülüb. Oktyabrın 26-da Həsrətin isə T.Məmmədovla sevgi münasibətində olan bacısı Ayşən özünü asaraq intihar edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol