• $
  • €
  • ₽
  • ₺
  • £

Usubov 20 polisi işdən çıxartdı

Usubov 20 polisi işdən çıxartdı
30.10.2017 18:45
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin üzvü Giorgi Tuquşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DİN-dən Axar.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir Azərbaycan DİN ilə Avropa Şurası arasında sıx və işgüzar əlaqələrin yarandığını, bu əməkdaşlıq çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması üzrə həyata keçirilən tədbirlərin böyük əhəmiyyətini nəzərə çatdırıb.

Nazir insan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı normativ hüquqi aktlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Xüsusi "Tədbirlər planları”nın hazırlanıb icraya yönəldildiyini diqqətə çatdıraraq daxili işlər orqanlarının şəxsi heyətinin dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində sistemli iş aparıldığını, təkcə bu ilin 9 ayında insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən seminar-treninqlərdə 300-ə yaxın əməkdaşın iştirak etdiyini vurğulayıb.

Qonaqların nəzərinə o da çatdırılıb ki, şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür. Bu ilin ötən dövründə insan və vətəndaş hüquqlarının pozulması faktlarına görə 341 əməkdaş cəzalandırılıb, o cümlədən 20 nəfər xidmətdən xaric edilib, 38 nəfər tutduğu vəzifədən azad olunub, 283 əməkdaşa digər intizam tənbehləri verilib.

Həmçinin diqqətə çatdırılıb ki, 2001-ci ildən indiyədək ərazi polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun yenidən qurulması sahəsində görülən tədbirlərlə 72 müvəqqəti saxlama yerindən 50-si yeni inşa edilib, daha 22-si əsaslı təmir olunub. Müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunduğu həmin yerlərdə beynəlxalq təşkilatların müvafiq qurumları, habelə Ombudsman təsisatı və qeyri-hökumət strukturlarından olan müşahidəçilərin bu ilin ötən dövründə 85 dəfə azad və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şəraitin yaradıldığı da qeyd edilib.

Görüş zamanı cəmiyyətdə polisin işgüzar nüfuzuna xələl gətirməkdə maraqlı olan bəzi şəxslərin bu mövzuda ictimai rəyi çaşdırmağa yönəlmiş cəhdləri, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına qərəzli olaraq əsassız və qeyri-obyektiv müraciətlər ünvanlamaları da təəssüflə qeyd olunub.
Cənab Giorgi Tuquşi səmimi qəbula və ətraflı məlumata görə nazir R.Usubova təşəkkür edib, rəhbərlik etdiyi qurumun müxtəlif vaxtlarda keçirdiyi monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların bir hissəsinin aradan qaldırılmasını, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına Nazirliyin rəhbərliyinin hər zaman prinsipial mövqedən yanaşmasını qeyd etməklə bərabər, ərazi polis orqanlarına gətirilən şəxslərin saxlanılması ilə bağlı bəzi nöqsanların hələ də mövcudluğunu xatırladıb, qarşılıqlı faydalı əməkdaşlığın müsbət nəticəsi kimi onların da qısa müddətdə öz həllini tapacağına ümidvar olduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol