• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda marşrut avtobusunda dava

Bakıda marşrut avtobusunda dava
03.11.2017 10:52
Bu gün səhər sərnişin avtobusunda qalmaqal yaşanıb.

Avropa.info-nun əməkdaşı xəbər verir ki, səhər təxminən 08:20-də "Riyad” Ticarət Mərkəzinin qarşısından 20 Yanvar istiqamətində hərəkət edən 199 saylı avtobusun sürücüsü sərnişini təhqir edib.

10 TG 479 dövlət nömrə, 11028 eyniləşdirmə nişanı olan avtobusun sürücüsü əvvəlcə nə iləsə bağlı sərnişinə iradını bildirdi. Sürücünün iradı ilə razılaşmayan sərnişinlə avtobusun sürücüsü arasında mübahisə başladı. Bu mübahisə daha da qızışıraq, sürücünün sərnişini küçə söyüşləri ilə təhqir etməsiylə davam elədi. Avtobusdakı sərnişinlər nə qədər irad bildirsələr də, sürücünü sakitləşdirmək mümkün olmadı. Sürücü getdikcə qızışaraq, sərnişini hədələrə keçdi. Hiddətlənmiş sürücü Bakı-Sumqayıt yolunda "Rahat” marketin yaxınlığında keçidə yaxınlaşarkən qəfil əyləcə basıb, hərəkət edən avtobusda sərnişinlərin həyatını təhlükəyə atdı. Bir-birilərinin üzərinə yıxılan sərnişinlər avtobusun damını döyəcləyərək, sürücünü güclə sakitləşdirə bildilər. Avtobusdakı qadınlar və uşaqlar sürücünün bu ağlasığmaz hərəkəti zamanı vahimə yaşadılar.

Qeyd edək ki, 199 saylı avtobusda xoşagəlməz vəziyyət tez-tez yaşanır. Dünən təxminən 18:30-dan sonra Yaşıl bazardan Abşeron gənclər şəhərciyinə doğru hərəkət edən bu marşrtun sürücüsü "Çanaqqala” restoranının yaxınlığındakı dayanacaqda avtobusu saxlasa da, qapıları açmadı. Avtobusa minmək istəyən sərnişinlər nə qədər qışqırsalar belə, sürücü inadından dönmək istəmirdi. İçəridəki sərnişinlərin etirazından sonra qapını açan sürücü çox qəribə bir açıqlama verdi: "Qapını açıram, minirlər adamlar. Arxadan gələn avtobusa minsinlər”.

Keçmiş Ayna Sultanava heykəlinin yaxınlığındakı dayanacaqda saxlamaq istəməyən sürücüyə etiraz edən sərnişinə cavab daha anormal oldu: "Dayanacaqda saxlamağa ixtiyarım yoxdur”.

Bu biabırçılıq yolboyu davam elədi. 3-cü mikrorayon dairəsindən 20 Yanvara hərəkət etməli avtobus, marşrutdan çıxaraq, "Şamaxinka” istiqaməti ilə hərəkət etdi. Bu dəfə də 20 Yanvarda düşməli olan sərnişinlər etiraz etsələr də, sürücü bu etiraza məhəl qoymadı. Masazır körpüsünün yaxınlığında avtobusun arxa qapısının şüşəsi qırılıb, töküldü. Sürücü heç nə olmamış kimi yoluna davam elədi.

Bu avtobus sürücülərinin marşrutdan çıxma hallarına tez-tez rast gəlinir. Bir müddət öncə 20 Yanvar dairəsinə "kəsə yolla” girib, ondan əvvəl dayanacağa çatacaq həmkarını qabaqlamaq istəyən avtobus bir minik avtomobili ilə toqquşmuşdu.

Qeyd edək ki, 199 saylı avtobusda hərəkət edən sərnişinlər hər axşam pik saatlarda problemlər yaşayırlar. 20 Yanvar ərazisində basabasla gələn avtobusa sərnişinlər minə bilmirlər, dolu avtobuslar bəzən bu dayanacda dayanmadan keçir. 20 Yanvardan Abşeron gənclər şəhərciyi istiqamətində vaxtilə işləyən 200 saylı avtobus marşrutu naməlum səbəblərdən ləğv edildiyindən sərnişinlər hər gün min bir əziyyətlə evlərinə getməli olurlar.
Abşeron gənclər şəhərciyində təxminən 13 min sakin yaşayır. Bu sayın üzərinə Masazır qəsəbəsi və Xırdalan şəhərinin Bakı-Sumqayıt yoluna yaxın əhalinin 199 saylı avtobusdan istifadə edən sərnişinləri də əlavə etsək, problemin nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil.
Avropa.info ümid edir ki, Bakı Nəqliyyat Agentliyi sərnişinlərin rahatlağı üçün əlavə tədbirlərin həyata keçirilməsinə qərar verə biləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol