• $
  • €
  • ₽
  • ₺
  • £

“Qoca”ya qarşı keçirilən əməliyyatın – TƏFƏRRÜATI

“Qoca”ya qarşı keçirilən əməliyyatın – TƏFƏRRÜATI
03.11.2017 11:49
"Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatla bağlı yeni təfərrüat məlum olub.

Anews.az Report-a istinadən xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları keçirib.

Belə ki, Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-də gecə saatlarında İ.Əzimova məxsus avtomobildə Bakı sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyənləşdirilib və onların saxlanılması üçün BMCMİ tərəfindən xüsusi əməliyyat keçirilib.

Həmin şəxslərin olduğu avtomobil Nəvai postunda polisin qanuni tələbinə tabe olmayıb, hətta sürücü avtomobili polislərin üstünə sürüb və qanun keşikçilərinə tapançadan atəş açılıb.

Əraziyə BMCMİ əməkdaşları gəlib. Qaçan şəxslər onlara da atəş açıb. Bundan sonra polislər də xidməti silahdan atəş açmağa başlayıb. Atəşlə qaçan şəxslərin olduğu avtomobilin təkərləri boşaldılıb. Bundan sonra da onlardan ikisi – "Qoca” və digər bir nəfər tapançadan polis əməkdaşlarına atəş açmaqda davam ediblər. Cavab atəşi nəticəsində Etibar Məmmədov və İlqar Əzimov yaralanıb. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər. Şahmar Bəyəlizadə və yaralı Anar Əsgərov isə tutulub.

BMCMİ əməkdaşlarının yüksək peşəkarlığı ilə keçirilən əməliyyat zamanı polis əməkdaşlarından yaralanan olmayıb.

Xatırladaq ki, cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd "Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilərək götürülüb.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol