• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla və Arzu Əliyeva konsertdə - FOTO

Leyla və Arzu Əliyeva konsertdə - FOTO
07.11.2017 10:14
Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Luka Safronov "Baku” jurnalının 10 illiyinə həsr olunmuş solo konsert proqramı ilə çıxış edib.

Konsert "Baku” jurnalı, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.

Gecədə tanınmış pianoçunun ifasında dünya şöhrətli bəstəkarlar L.Bethoven, F.Şopen, S.Raxmaninov və P.Çaykovskinin əsərləri səsləndirilib.



1990-cı il oktyabrın 31-də Moskvada anadan olan Luka Safronov nəinki Rusiyada, onun hüdudlarından kənarda da gənc pianoçu kimi sevilir. Safronov pianoda çalmağa 5 yaşından başlayıb. Altı yaşından isə artıq beynəlxalq müsabiqənin kiçik yaş qrupunda çıxış edib. Pianoçu Böyük Britaniya, İtaliya, Bolqarıstan, İsveçrə və digər ölkələrdə keçirilən 16 beynəlxalq müsabiqənin laureatıdır. O, indiyədək bir neçə xeyriyyə konsertlərində, ümumilikdə isə mindən çox konsertdə iştirak edib. Dünya şöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviç Moskvada L.Safronovun ifasını dinlədikdən sonra onun gələcəkdə böyük musiqiçi olacağını söyləyib.

Gənc pianoçu Luka Safronov deyib: "Mən xeyriyyəçiliklə məşğul oluram. Düşünürəm ki, Tanrı mənə bu xeyriyyəçiliyimə görə Leyla Əliyeva kimi bir insanla tanış olmağı nəsib etdi. Biz onunla xərçəngdən əziyyət çəkən uşaqlar üçün təşkil edilən bir tədbirdə tanış olduq. Azərbaycandan çox zəngin təəssüratlar aldım. Ölkəniz elə bir yerdir ki, burada yaşamaq üçün qalmaq istəyirsən. Burada inkişaf və gözəllik çoxdur. Azərbaycan gözəl, inkişaf edən və zəngin ölkədir”.



L.Safronovun Bakı konserti də yaddaqalan olub. Belə ki, tanınmış pianoçunun ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

"Baku” jurnalı 2007-ci ildən Moskva şəhərində rus dilində nəşr olunur. Baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan jurnal indiyədək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb. Jurnalın indiyədək çap olunan nömrələrində Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, nəsillərdən-nəsillərə ötürülən adət-ənənələri barədə ətraflı məlumat verilir. Jurnalda, həmçinin ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, Azərbaycanın müasirləşdirilməsi və daha da inkişaf etdirilməsi üçün görülən işlər barədə məlumat verilir, tanınmış insanlarla müsahibələr oxucuların böyük marağına səbəb olur. Azərbaycanın tanınmış şəxsiyyətləri, tarixi, mədəniyyəti, mətbəxi və təbiəti ilə bağlı rəngarəng fotolar da dərginin səhifələrini bəzəyir. Oxucular tərəfindən hər nömrəsi maraqla qarşılanan "Baku" jurnalının 2011-ci ildən ingilisdilli versiyası - "Baku International" da nəşr edilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol