• $
  • €
  • ₽
  • ₺
  • £

Əflatun Amaşov: Bəzi hallarda informasiya şişirdilir

Əflatun Amaşov: Bəzi hallarda informasiya şişirdilir
28.05.2020 19:52
Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan MŞ-nın sədri Əflatun Amaşov Azərbaycan mediasının bugünkü vəziyyəti haqqında danışıb.

Ə.Amaşov bildirib ki, bəzi media vasitələri kriminal xəbərlər üzərində cəmləşir və xəbəri şişirdirlər:

"Biz "google”da "Dağlıq Qarabağ”, "Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu”, "Fədayə Laçın” və "Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verdik. Birinci yerdə "Fədayə Laçın”, ikinci yerdə "Dağlıq Qarabağ”, üçüncü yerdə "Qoca”, dördüncü yerdə "Bakı-Tbilis-Qars dəmiryolu” ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir”.

O bildirib ki, dustaqların qatardan qaçması faktı ilə bağlı Trend, AzərTAC və APA informasiya agentliklərində yalnız rəsmi məlumatlara əsasən xəbərlər yayılıb.

Ə.Amaşov bildirib ki, cəmiyyətdə kriminal xəbərlərə maraq var, lakin kriminal xəbərlər cəmiyyətə öz mənfi təsirini göstərir: "Əgər hər hansı ölkədə kriminal xəbərlər geniş yer alırsa, həmin ölkədə cinayətkarlıq artır, cinayətlərin xarakteri artır, cəmiyyətə sosial gərginlik artmış olur, tolerantlıq azalır, cəmiyyətə qorxu atmosferi artır. Bəzən cinayətkarlar qəhrəman kimi təbliğ olunur ki, bu da öz növbəsində cəmiyyətdə mənfi ornək olur. Gənc bilmir ki, kim kimi ola bilər, qəhrəman kimi ola bilər və ya hansısa cinayətkar kimi ola bilər. Ən qorxulusu isə odur ki, kriminal xəbərlər fonunda hüquq mühafizə orqanlarının düşmən obrazı yaradılır və bu da çox mənf haldır”.

Ə.Amaşov bildirib ki, baş verən hadisələr obyektiv işıqlandırılmalıdır, cəmiyyət obyektiv informasiya ilə təmin olunmalıdır: "Bəzi hallarda informasiya şişirdilir ki, bu da cəmiyyətdə qorxu yaradır, guya hanısa paralel güclərin olmasından xəbər verir. Biz nəyə görə cinayətkarları qəhrəmanlaşdırırq?!”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol