• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kimsəsizlər üçün tikilən ilk sığıncaq

Bakıda kimsəsizlər üçün tikilən ilk sığıncaq
08.11.2017 14:10
Paytaxtda daimi yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər və baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün yeni sığınacaq yaradılıb. Ölkəmizdə ilk dəfə baş tutan bu təşəbbüs hamı tərəfindən maraqla qarşılanıb. 

Anews.az xəbər verir ki, Qafqazinfo.az-ın əməkdaşı Sığınacaq Mərkəzinə yollanıb, yaradılmış şəraitlə yaxından tanış olub.

Əvvəlcə onu qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən bina iki əsas korpusdan ibarətdir. Birinci korpusda 18 yaşdan yuxarı şəxslər, ikinci korpusda isə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar yerləşdiriləcək.

Mərkəzə qəbul prosesi necə aparılır? 

Hər hansı bir şəxsin və yaxud uşağın mərkəzə qəbulu üçün daxili işlər və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən müraciət olunur. Müraciətə əsasən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onun müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur.

Sosial Sığınacağa qəbul olunan şəxslər ilk növbədə tibbi müayinədən keçirilir. İlkin tibbi müayinə zamanı sağlamlığı aşkar şübhə doğuran şəxslər ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilir, yoluxucu xəstəlikləri olanlar isə müəssisəyə qəbul edilmir.

Sosial Sığınacaq Mərkəzinin direktoru Çingiz Əhmədovun sözlərinə görə, daimi yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün mərkəzə qəbul mərhələli şəkildə nəzərdə tutulub:

"İlk növbədə qəbul olunan şəxslərin qeydiyyatı aparılır. Daha sonra onların qarşı otaqda təmizlik üçün yuyunması təmin edilir, geyimləri dəyişdirilir. Bundan sonra bərbərdə olan şəxslər tam səliqəyə salındıqdan sonra isti xörək üçün yeməkxanaya aparılır. Bütün bu mərhələlər tamamlandıqdan sonra onlara yataq otaqları göstərilir və həmin şəxslər orada yerləşdirilir. Qarşıdakı günlərdə isə onlara asan bir neçə peşə öyrədilir, müəyyən dərslər keçirilir. Biz istəyirik ki, 180 günün tamamında onları cəmiyyətə yenidən qazandıra bilək”.

50 yerlik Sosial Sığınacaqda böyüklər 180, yetkinlik yaşına çatmayan uşaqlar isə 90 gün müddətində qala bilər. 

Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün Sosial Sığınacaq və Reabilitasiya Mərkəzinin direktoru Xəyalə Qəmbərova bildirib ki, sənədləşmə işləri uzandıqda uşaqların qalma müddəti 180 günə kimi uzadıla bilər: "Bu müddət ərzində biz onların yaşayışı ilə yanaşı, təhsilinə də xüsusi diqqət ayıracağıq. Mərkəzdə sinif otaqları, dərnəklər, musiqi klubları fəaliyyət göstərir. Uşaqların bacarığına uyğun olaraq biz onları yönləndirməyə çalışacağıq. Bundan başqa, qapalı və açıq idman zalı, kompüter və təmiz inventar otaqları, kitabxanamız var. Məqsədimiz dövlətimizə layiqli övladların yetişdirilməsində əlimizdən gələn töhfəni verə bilməkdir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol