• $
  • €
  • ₽
  • ₺
  • £

Orta məktəblərdə din tədris olunacaq?

Orta məktəblərdə din tədris olunacaq?
10.11.2017 14:00
Əgər kimsə fikirləşirsə ki, Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə din tədris olunacaq, bu, mümkün deyil. Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq.

Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” konfransında çıxışında deyib.

Bunun səbəbini açıqlayan G.İsmayılov bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olduğundan, orta məktəblərdə tədris oluna bilməz: "Lakin dinlə bağlı bilikləri özündə ehtiva edən fənn tədris olunmalıdır və olunur. Orta məktəblərdə şəriət tədris oluna bilməz. Ancaq dinlə bağlı bilikləri verən fənn tədris oluna bilər ki, bununla bağlı "Həyat bilgisi" adlanan dərslik var. Məsələ burasındadır ki, "Həyat bilgisi" dərsliyinin içərisindəki mövzuları yetərli hesab etmirik".

Komitə rəsmisi hesab edir ki, orada dinlə bağlı mövzuları dərinləşdirmək lazımdır.

Onun sözlərinə görə, bütün dinlər, xüsusilə də islamla bağlı şagirdlərə verilən dini məlumatlar artırılmalıdır: "Əgər biz şagirdlərə həmin məlumatları verməyəcəyiksə, o, mütləq kənarda bu məlumatları alacaq. Bu məlumatlar isə bizim dinimizə, marağımıza uyğun olmayacaq. Bu nöqteyi-nəzərdən gənclərin beyni, ürəyi üzərindən savaş gedir. Bizim bu savaşı qazanmağımız, gənclərimizin zərərli təriqətlərə qoşulmaması üçün orta məktəblərdə dinlə bağlı məlumatları verən fənnin tədrisi vacibdir. Fənnin adının nə olmasından asılı olmayaraq, orta məktəblərdə bütün dinlərlə, xüsusilə də islamla bağlı məlumatların verilməsi gücləndirilməlidir".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol