• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı sakinləri evlərindən qovulur

Bakı sakinləri evlərindən qovulur
13.11.2017 16:42
Bakının Azadlıq prospekti, 80 ünvanında yerləşən çoxmərtəbəli, 112 mənzilli binanın "Fədək” MMC adlı şirkət tərəfindən sökülməsi ətrafında qalmaqalın davam etdiyi bir vaxtda Nəsimi rayonunda daha bir gərginlik yaranıb.

Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə rayonun Süleyman Rəhimov küçəsi, 203 ünvanında yerləşən (17 saylı Mənzil-İstismar Sahəsi) binanın sakinlərinin evlərindən çıxmaq üçün xəbərdarlıq aldığı, onlara yır-yığış etmək üçün bir ay vaxt verildiyi məlum olub.

Binanın sakinləri bildiriblər ki, "Bizim ailə” MMC adlı yeni yaradılmış, ofisi və bank hesabı belə mövcud olmayan hansısa şirkətin nümayəndələri onlara "pilot layihə” çərçivəsində evlərindən köçürüləcəkləri barədə ultimatum veriblər. Sakinlərə ancaq bir variant təklif edilib: evlərini tərk edib kirayə mənzillərə köçsünlər və onların yaşadıqları binanın yerində inşa ediləcək yeni çoxmərtəbəli binada təzə mənzillərə köçürüləcəkləri günü gözləsinlər.

Sakinlər isə deyirlər ki, tikinti sahəsində heç bir təcrübəsi olmayan, cəmi 10 manat nizamnamə kapitalına malik, heç kimin tanımadığı şirkətin onları aldadıb aradan çıxmayacağına heç bir təminat yoxdur. Şirkət Nəsimi rayon İcra Hakimiyyətinin podratçısı qismində çıxış edir, lakin bundan əvvəlki "pilot layihə” söküntülərində olduğu kimi, bu dəfə də İcra Hakimiyyəti təminatçı rolunda çıxış etmir. Yəni gələcək mümkün məhkəmə çəkişmələri ancaq sakinlərlə MMC arasında gedə bilər.

"Kim təminat verə bilər ki, heç kəsin tanımadığı bu şirkət bizi aldatmayacaq? Sakinlər qarşısında öhdəliyin yerinə yetirilməsinə kim cavabdeh olacaq, kim bu öhdəliklərin vaxtında yerinə yetirilməsinə nəzarət edəcək? Tikinti sahəsində heç bir təcrübəsi olmayan hansısa birgünlük şirkətə bizim evlərimizi sökmək, yerində bina tikmək səlahiyyətini necə veriblər? Bu suallara cavab verən tapılmır, belə çıxır ki, "JEK”-lər və icra hakimiyyətləri bu birgünlük firmaların maklerlərinə çevriliblər?”, - sakinlərin müraciətində bildirilir.

Sakinlər deyirlər ki, əgər bina sökülməlidirsə, qoy onlara kompensasiya versinlər. Çünki insanlar evlərindən pərən-pərən düşüb haradasa illərlə kirayə yaşamaq, təzə binanın tikilib başa çatdırılmasını gözləmək istəmirlər. Hazırda bina sakinləri əsəbi vəziyyətdə, gərgin şəraitdə buldozerlərin gəlişini gözləməkdədir.

Virtualaz.org bu məsələ ilə bağlı 17 saylı Mənzil-İstismar Sahəsi ilə əlaqə saxlayıb, adını açıqlamaq istəməyən əməkdaş əvvəlcə binanın söküləcəyini təkzib edib: "Həmin bina düz bizim "JEK”-in qabağındadır, bu saat orada heç bir söküntü getmir”.

Əməkdaşa sakinlərə evlərindən çıxmaq üçün xəbərdarlıq edildiyini xatırladanda isə belə cavab verib: "Bildiriş veriblərsə, gedib danışsınlar, bəlkə, sərf edəcək? Bina sökülməlidirsə, deməli, söküləcək, sarayın arxasını (Heydər Əliyev Sarayı) neçə köçürdülərsə, buranı da elə köçürəcəklər...”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol