Bakıda itlər müstəntiqin ayağını parçaladı

Bakıda polis müstəntiqi itlərin hücumuna məruz qalıb.
Anews.az Femida.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib. Ərazidə xidmət aparan müstəntiq küçə heyvanlarının hücumuna məruz qalıb.
İtlər Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayevin ayağının dizdən aşağı hissəsini parçalayıb.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən müstəntiqə quduzluq əleyhinə vaksin vurulub və ayağına tikiş qoyulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























