• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir
28.05.2020 21:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatlarından istifadə etməklə  "Bax, İstifadə et, Yarat!”  adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi: 

Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları” (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.

Müsabiqənin şərtləri:

• Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz)

• Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları” portalındakı (data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir.

• Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.

Müsabiqədə qiymətləndirmə meyarları:
№ Meyar Bal Əmsal
1 Sosial əhəmiyyət (S) 0-10 3
2 Funksionallıq (F) 0-10 2
3 Tamlıq (T) 0-10 2
4 Dizayn (D) 0-10 2
5 Məzmun (M) 0-10 2

Yekun bal = 3xS+2xF+2xT+2xD+2xM

Yekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək. 

Müsabiqənin mükafat fondu:
 1-ci yer - 2000 AZN 
 2-ci yer - 1500 AZN
 3-cü yer - 1000 AZN
 İştirakçı tələbələr  "Microsoft BizSpark” layihəsi çərçivəsində "Microsoft”un masaüstü proqramlarını, server həllərini və Bulud imkanlarını əldə edəcəklər. 
 Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəlliflərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq;
 Tələblərə uyğun mobil əlavə təqdim edən hər bir iştirakçıya "Elektron imza” sertifikatı təqdim ediləcək.

DİQQƏT!

"Bax, İstifadə et, Yarat!” müsabiqəsində iştirak etmək istəyənlər 13.11.2017-ci il tarixindən başlayaraq data.gov.az portalındakı "Müsabiqələr" menyusuna keçid edərək uyğun bölmədə qeydiyyatdan keçməli və 25.11.2017-ci il saat 23:59-a qədər hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidirlər.

26.11.2017-ci il tarixində iştirakçılar münsiflər heyəti qarşısında müsabiqə üçün hazırladıqları mobil əlavənin təqdimatını etməlidir.

Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması "Bakutel 2017” sərgi çərçivəsində baş tutacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol