• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir əlillərin problemlərindən danışdı

Nazir əlillərin problemlərindən danışdı
24.11.2017 15:17
İşə götürənlər əlillər üçün lazımi şərait yaratmalıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, əlillər digər insanlarla bərabər hüquqlardan yararlana bilməlidirlər.

Onun sözlərinə görə, bu gün işə götürənlərin bir qismi əlillər üçün lazım olan şərtləri yaratmağa hazır deyil:

"Əgər açıq danışsaq, bəzi işə götürənlər əlilliyi olan insanlar üçün vəsait sərf etmək istəmir. Biz bu problemi bütün ictimaiyyətlə birgə həll etməliyik. Qanunvericiliyə əsasən, iş yerlərinə kvotaların yarısı əlilliyi olan insanlar üçün nəzərdə tutulub. Amma bu gün bu kvotalara əməl olunmur. Bunun səbəblərindən biri ciddi maliyyə sanksiyalarının olmamasıdır”.

S.Müslümov qeyd edib ki, bu problemi ictimai fikri dəyişməklə həll etmək olar: "Biz düşünməliyik ki, hər an hər birimiz onların yerində ola bilərik, heç kəs bundan sığortalanmayıb. Başa düşmək lazımdır ki, onlar da bizim kimi vətəndaşlardır və onların fəaliyyəti, normal həyat tərzi üçün bütün şərait yaradılmalıdır".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol