• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur ''vor zakon'' Bakıda saxlanıldı - VIDEO

Məşhur ''vor zakon'' Bakıda saxlanıldı - VIDEO
24.11.2017 15:05
Kriminal aləmdə ''Lotu Yunus'' kimi tanınan məhşur azərbaycanlı "qanuni oğru" Yunus Novruzovla bağlı yeni məlumatlar üzə çıxıb.

Anews.az Criminal.az-a istinadən xəbər verir ki, ''Lotu Yunus'' bir müddət əvvəl Bakıda olub, sonra isə...

Məlumat üçün bildirək ki, kriminal dairələrdə Yunus Bakinskiy və ya Yunus Yasamalskiy kimi tanınan titullu "qanuni oğru" haqqında son məlumatı Rusiya mətbuatı yayıb. Həmin məlumatda bildirilirdi ki, O,əlli altı yaşlı azərbaycanlı "vorzakon” Rusiyada arzuolunmaz şəxs elan edilib və buna görə Nəzərov ömürlük olaraq Rusiya ərazisinə daxil ola bilməyəcək.

Bu vaxtadək isə Rusiya hüquq-mühafizə orqanları kriminal avtoriteti ölkədən deportasiya etmək üçün dörd dəfə cəhd edib. Sonuncu dəfə avqustun əvvəlində Bakinskini ölkədən deportasiya etmək üçün "dil tutsalar” da o, səhhəti ilə əlaqədar uzaq səfərlərə çıxa bilmədiyini əsas gətirmişdi.

Hətta ''vorzakon''un yaxınları bildirmişdi ki, ''Lotu Yunus''un əvvəlllər həbsxanada baltalanan zaman başından aldığı xəsarətin fəsadları getməyib. Ona görə də, qonşu ölkədə müalicə olunur. Məhkəmə qarşısına çıxarılmasından bir gün əvvəl isə insult keçirərək reanimasiyaya yerləşdirilmişdi.

Y.Nəzərov haqda onu da bildirdilər ki, ''qanuni oğru''nun Azərbaycana buraxılmasına qadağa qoyulub. Bu səbəbdən o, Azərbaycana gələ bilmir.

Y.Bakınskiy bir neçə gün əvvəl Rusiyadan Azərbaycana deportasiya edilib. O, saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. ''Bandotdel''də bir neçə gün saxlanıldıqdan sonra o, 3-cü ölkəyə deportasiya edilib.

Qeyd edək ki, "Qanuni oğru” Bakı islah əmək müəssisələrində 20 ildən çox saxlanılıb və hələ 1984-cü ildə ad alıb. Son dəfə Nəzərov narkotik vasitələrin satışına görə cəza çəkib. Və bu yaxınlarda 4 il bundan öncə 1 saylı islah əmək koloniyasından azadlığa buraxılıb. Moskvada Yunus Bakinski "dedovski”lərlə sıx əlaqə saxlayırdı. Nəzərovun yaxın dostlarından biri mərhum Bəxtiyar Kərimov olub, o Baxo Novxaninski kimi məşhur idi. O, məşhur və avtoritetli azərbaycanlı "qanuni oğru”lar dəstəsinə aiddir. Nəzərov 2013-cü ilin avqustunda qətlə yetirilən Əlibala Həmidov (Qoca) və Bakının 8 saylı koloniyasında cəzasını çəkən Nadir Səlifov (Lotu Quli) ilə dostluq edirdi.

2008-ci ildə Yunus Bakinskiyə sui-qəsd olub. Oktyabr ayının 15-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 1 saylı koloniyasında cəza çəkən 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev yatan Yunus Nəzərova balta ilə zərbə endirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol