• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda aparıcını döymək istədilər

Bakı metrosunda aparıcını döymək istədilər
27.11.2017 10:27
"ANS TV"-nin keçmiş aparıcısı, Radio Antenn 101 FM, Avto Fm, Araz FM radiolarında DJ-lik etmiş Cavid Osmanovun başına iş gəlib.

Anews.az xəbər verir ki, bu haqda aparıcının özü məlumat verib.

Cavidin başına gələn xoşagəlməz olayla bağlı açıqlamasını təqdim edirik:

"Neftçilər" metrosu. Səhər tezdən. İşə gecikirəm. Adətən, səhərlər özümə kofe bişirirəm, amma gecikəndə özümə kofe alıb düşürəm metroya. Gecə pis yatmışdım, işıq gözlərimi qamaşdırırdı. Eynəyi gözlərimdən çıxarmamaq qərarına gəldim.

Qaçaraq yaxınlaşıram turniketə. Metro kartı boşdu (Mörfi qanunu). Qaçıram geriyə, balans doldurma apartına doğru. Orada xaotik şəkildə insanlar dayanıb. Mənim növbəm gəldi. Aparatın qabağında durmuşam. Kofe stəkanımı aparatın yuxarısına qoyuram, pul kisəsini cibimdən çıxarıram və... bu an, soldan bir nəfər mənim əlimi itələyir və öz kartını aparata yerləşdirməyə cəhd edir. Əlindən tutaraq mən:

- Üzr istəyirəm, burda növbə var və indi mənim növbəmdi.

- Əşşi, gecikirəm. Nəyə durmusan boş-boş, keç dəəə!!

- Bəy, belə olmaz axı, - çox yaxşı geyinmiş, əla ətirdən istifadə edən, ağ köynəkli və qara pencəkli şəxs çox yüksək və alçaldıcı tonda mənə söhbəti davam elədi.

- Çobanlıq eləmə!!! Sözün var? - bunu deyən naməlum, təqribən 40 yaşlı yoldaş əlimi möhkəm sıxdı!

Qəlbimdə yatan qazaxlı istəmədən oyandı. Mən:

- Siz və sizin kimi insanlara izah etmək istəyirəm ki, heç də hər şey sizin diktənizlə getmir.

Bizim söhbətimiz balaca uşaqların bir oyuncağa görə olan davasına bənzəyirdi. Naməlum şəxs mənimlə əl-qolla danışmağa davam etdikcə mən birdən rahatlaşdım. Başa düşdüm ki, mən onun səviyyəsinə enməkdə davam edirəm və o səviyyədə onun təcrübəsi məndən çoxdu. Niyə öz əsəblərimi korlayıram, niyə, ümumiyyətlə, bu hadisə mənimlə baş verir?! Ətrafımıza insanlar toplaşmağa davam edirdi. Mən polis çağırdım. Naməlum adam:

- Niyə polis çağırırsan?!

- Çünki sizə öz fikrimi izah etməyə çalışdım və alınmadı.

Polis bizi xüsusi otağa apardı. Otaqda məlum oldu ki, naməlum şəxsin adı Ruslandı. O polis əməkdaşı ilə də yüksək və özünə arxayın tonda danışmağa davam edirdi. Mənə nəsə demək istəyəndə mən, sadəcə, polisə Ruslanın mənimlə necə danışdığını göstərirdim və deyirdim ki, adam məni emosiyalara çıxarmaq istəyir.

Ruslan bir daha məndən soruşdu ki, niyə polis çağırmışam. "Çünki, sizin kimi insanlar özünü tamamilə cəzasız hiss etmələri, həyasızlığına salıb insanlarla kobud danışmaqları, onlara hər şeyin icazəli olduğunun sandıqları, heç kimə hörmət etməmələri və öz əsəblərimi qoruduğuma görə polisə müraciət etmişəm", - dedim. Ruslan bunu eşitdi və otaqdan çıxmaq isdədi. Polis onu saxladı və məndən soruşdu ki, nə edək indi?

- Ruslan bəy məndən üzr istəsin, əlimi sıxsın və gedək işimizə-gücümüzə.

Ruslan məndən üzr istədi, lakin bildirdi ki, biz mütləq görüşəcəyik.

Nəticə: əsəblərimi korlamayacam, təxribatlara getməyəcəm, yarana biləcək problemləri yalnız hüquqi şəkildə həl etməyə çalışacam. Hamıya uğurlu gün!"

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol