• $
  • €
  • ₽
  • ₺
  • £

Qocanın qaşdığı qatarda Fədayə ilə görüş xəbəri...

Qocanın qaşdığı qatarda Fədayə ilə görüş xəbəri...
27.11.2017 16:19
Fədayə Laçın adının bu cinayətdə hallanmasından peşmanlıq duyur. Tam əminliklə deyə bilərəm ki, bu işdə Fədayə xanımın heç bir günahı yoxdur. Vaxt gələndə əhvalatın necə və hansı şəraitdə baş verdiyini açıqlayacağıq.

Yenilik.az xəbər verir ki, bu sözləri oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı Modern.az-a verdiyi geniş müsahibədə bildirib.

Vəkil bildirib ki, istintaq getdiyindən müəyyən məsələləri açıqlaya bilmir. T.Süleymanlının sözlərinə görə, hazırda Fədayə Laçının xəstəliyilə bağlı narahatlığı var:

"O, əvvəllər hepatit xəstəliyi keçirib. Həbsxana şəraiti xəstəliyinə pis təsir edir. Özünüz də bilirsiniz ki, həbsxana kurort deyil. Onun həbs rejiminin dəyişdirilməsilə bağlı ən yaxın zamanda müraciət edəcəyik. Çoxları bunu Qocanın ölümündən sonra Fədayə xanım sarsınt keçirdi” kimi qəbul edir. Ancaq qətiyyən belə bir şey yoxdur”.

Vəkilin sözlərinə görə, Qoca qaçdığı gündən öldürüldüyü günə qədər F.Laçınla heç bir əlaqəsi olmayıb:

"Fədayə xanım Qocanın qaçması xəbərini sizin, bizim kimi efirdən, saytlardan oxuyub. Fədayə xanımın Qoca ilə o qaçan günündən ölən gününə qədər nə canlı, nə audio, nə video, nə də telefon kontaktları olub.

Qaçma anında Fədayə xanım nə qatarda, nə taksidə olub. İnsanlarda yanlış təsəvvür yaranıb ki, guya Fədayə Laçın həmin gün qatarda olub, orada həmin şəxslərlə görüşüb. Qətiyyən belə şey olmayıb. Fədayə xanım hər hansı nəqliyyat vasitəsində Qoca ilə görüşməyib. Onun qaçması barədə efirdən xəbər tutub. Ölən günə qədər də hər hansı əlaqəsi olmayıb”.

Qeyd edək ki, müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. Müşayiət altından qaçan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş "Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov hüquq-mühafizə orqanları tərəfindən əməliyyat zamanı öldürülüb. O, Fədayə Laçının sevgilisi idi.

Digər qaçan məhkum, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami saxlanılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol