• $
  • €
  • ₽
  • ₺
  • £

Məmurlara katibə seçimində güzəşt

Məmurlara katibə seçimində güzəşt
29.11.2017 12:31
Nazirlər Kabineti "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edib.

Anews.az APA-ya istinadən xəbər verir ki, bu qayda indiyə qədər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr və ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanları üzrə test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, həmçinin test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müəyyən edib.

Dəyişikliyə əsasən bundan sonra bu Qayda artıq yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla tətbiq ediləcək. Eyni zamanda, bu Qaydaya əsasən ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul aparılmayacaq. Yəni dövlət orqanlarında yardımçı kargüzarlıq (katibə, kargüzar) və yardımçı texniki vəzifələr (sürücü, liftçi) üzrə qəbul test imtahanlarına əsasən aparılmayacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol