• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili qəlyanın ziyanından danışdı

Millət vəkili qəlyanın ziyanından danışdı
20.12.2017 13:00
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, "Sağlam Düşüncə” Gənclər təşkilatı və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov və digər rəsmilər iştirak ediblər.

İSİM-in direktoru C. Məmmədov "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun əhəmiyyətindən danışıb. O bildirib ki, 2020-ci ilə kimi Azərbaycanda tütündən istifadənin 10% azaldılması planlaşdırılır.

M. Quliyev qeyd edib ki, "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun qəbul olunması  hamı üçün vacibdir: "Qanunun mahiyyəti tüstüsüz mühit yaratmaqdan ibarətdir. Qanun qəbul edilən zaman sulu qəlyanlarla bağlı mübahisələr yaranmışdı. Nəticədə sulu qəlyanlardan da istifadə qadağan edildi. Qeyd edim ki, bir sulu qəlyandan istifadə 200 siqaretin çəkilməsinə bərabərdir”.

Millət vəkili onu da bildirib ki, İSİM-in apardığı sorğunun nəticələrinə görə Azərbaycanda tütündən istifadə edənlərin 70%-i siqareti tərgitməyə hazır olduqlarını deyiblər.

Konfrans çıxışlarla başa çatıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol