• $
  • €
  • ₽
  • ₺
  • £

Alpinistlər helikopterlə axtarılır - VİDEO

Alpinistlər helikopterlə axtarılır - VİDEO
28.12.2017 10:31
Quba rayonunda itkin düşən 3 alpinistin - Babur Hüseynov, Namin Bünyadzadə və Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Anews.az "Xəzər TV”-yə istinadən məlumat verir ki, axtarışlara FHN-nin Aviasiya dəstəsinin "Mi-17” markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub. 

Axtarış işlərinə  əlavə qüvvələr, o cümlədən Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Bununla yanaşı, axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Alpinistləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki postuna aparan Xınalıq kənd sakini Rasim Aslanov deyir ki, hava şəraiti pis olduğu üçün onlara geri qayıtmağı məsləhət görüb. Lakin alpinistlər israrla marşrutu davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, alpinistlər dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxıblar. Onlardan Babur Hüseynovun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı olduğu bildirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol