• $
  • €
  • ₽
  • ₺
  • £

"Sovetski”də köçürmə prosesinin ikinci mərhələsinin detalları açıqlanıb

"Sovetski”də köçürmə prosesinin ikinci mərhələsinin detalları açıqlanıb
30.12.2017 20:14
"Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun "Sovetski” adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb”.
 
Bunu APA-ya açıqlamasında Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə üzrə İşçi Komissiyasının sədri Səməd İslamov bildirib.
 
S. İslamov deyib ki, həmin ərazidə yeni yol-nəqliyyat infrastrukturu yaradılıb və ərazinin müasir tələblərə cavab verən, göz oxşayan layihəyə uyğun abadlaşdırılması işlərinə başlanıb: ""Sovetski”nin köçürülməsi hələ SSRİ dövründə paytaxtımız üçün vacib sayılan layihə idi. Bu iri miqyaslı tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişaf dövründə dövlət başçısının təşəbbüsü ilə həllini tapdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində on illər boyu qəzalı, yarı uçuq evlərdə yaşayan Yasamal əhalisinin mənzil şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadı. Cari il avqustun 9-da prezident İlham Əliyev növbəti dəfə rayonumuzun "Sovetski” adlanan ərazisində yeni salınmış yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib, əraziyə baxış keçirib. Dövlət başçısı görülən işlərlə tanış olub və qarşıda görüləcək işlərin istiqamətini müəyyənləşdirərək bununla əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib. Ölkə başçısının verdiyi tapşırığın icrası məqsədilə ötən müddət ərzində tərəfimizdən növbəti mərhələdə köçürülməsi nəzərdə tutulan ərazidə ölçmə və inventarlaşma işləri başa çatdırılıb. Nəticədə Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi), Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev  küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasında isə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib”.
 
Köçürmə Komissiyasının İşçi Qrupunun sədri qeyd edib ki, növbəti köçürüləcək ərazi 14,7 hektar sahəni təşkil edir: "Hazırda tərəfimizdən söküntü və qiymətləndirmə təşkilatlarının müəyyənləşdirilməsi istiqamətində prosedur sənədləşdirmə tədbirləri həyata keçirilir. Yeni ilin ilk ayından növbəti köçürülmə prosesinə start veriləcək. Əminəm ki, ölkə başçısının əhalimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi bu tapşırıq da Yasamal rayonunda uğurla həyata keçiriləcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol