• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücü və avtomobil sahiblərinə müraciət

Sürücü və avtomobil sahiblərinə müraciət
08.01.2018 21:16
Nəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatların verilməsi ilə bağlı Baş DYP İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən Sonxeber.az-a verilən məlumata görə, son vaxtlar ayrı-ayrı internet saytlarında, sosial şəbəkələrdə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada tərtib edilən inzibati xəta haqqında protokollar üzrə cərimə məbləğlərinin banklarda qəbul edilməməsi, yaxud müxtəlif vaxtlarda törədilən qayda pozuntularına görə bir neçə protokol üzrə qərarların bir gündə çıxarılması səbəbindən ödənişdə çətinliklərlə üzləşmələri barədə bəzi sürücülər tərəfindən müxtəlif fikirlər səslənir.

Bununla əlaqədar DİN Baş DYP İdarəsi bir daha nəqliyyat vasitəsi sahiblərinin diqqətinə çatdırır ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən nəqliyyat vasitəsini dövlət qeydiyyatından, həmçinin təkrar dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları bir gün ərzində yeniləməlidirlər:

"Əfsuslar olsun ki, bəzi hüquqi və fiziki şəxslər həmin məlumatları vaxtında yeniləmədikləri üçün barələrində elektron qaydada tərtib edilmiş sənədlərin poçt tərəfindən rəsmi qaydada ünvana çatdırılması və həmin protokollar üzrə qərarların çıxarılması mümkün olmur. Belə protokollar yalnız nəqliyyat vasitələri istifadə olunan zaman saxlanıldıqda müvafiq sənədlər rəsmi qaydada sürücülərə təqdim edilir və həmin sənədlər eyni vaxtda verildiyi üçün eyni gündə də qərarlar qəbul edilir. Aydın məsələdir ki, bu halda da daha çox qayda pozmuş şəxs eyni vaxtda daha çox məbləğdə cərimə ödəməli olur.

Qeyd olunan, eləcə də nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədlərin təqdim olunması zaman əlavə vaxt itkisinə yol verilməsi hallarının qarşısının alınması məqsədilə avtomobil sahiblərindən xahiş olunur ki, yuxarıda sadalanan məlumatlar dəyişdiyi vaxtdan bir gün ərzində poçt vasitəsilə ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə, yaxud Baş DYP idarəsinin www.dyp.gov.az internet saytının "Online müraciət" səhifəsi vasitəsilə həmin məlumatların yenilənməsi barədə müraciət etsinlər".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol