Yataqxanada baş verən yanğın söndürüldü

Abşeron rayonunun Xırdalan şəhərində yataqxanada baş verən yanğın söndürülüb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğın tam söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalan şəhərində 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın başlamışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























