• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Bus” bu sərnişinləri axtarır

“Bakı Bus” bu sərnişinləri axtarır
19.01.2018 22:41
Yanvarın 6-sı baş verən qəzadan sonra daşıyıcısı dəyişdirilərək "Bakı Bus”la əvəzlənən 175 nömrəli avtobusa sərnişinlər zərər vurublar.

Sosial şəbəkə istifadəçisi Elşad Mətləboğlu avtobusun oturacağının şəklini paylaşaraq, yazıların sərnişinlər tərəfindən yazıldığını qeyd edib. Həmin foto sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Məsələ ilə bağlı Axar.az-a danışan "Bakı Bus”un mətbuat katibi Mənsur Piriyev bildirib ki, hadisə barədə məlumatları var və araşdırma aparılır:

"Arxa oturacaqların arxa hissəsində bu cür yazılar aşkar olunub. Hazırda həmin yazıları yazan şəxslərin tapılması üçün araşdırma aparırıq. Müəyyənləşəndən sonra həmin "zərərvericilər” haqqında məlumatı hüquq-mühafizə orqanlarına verəcək və videogörüntüləri də ictimailəşdirəcəyik. Avtobus ictimai nəqliyyat vasitəsidir və ictimaiyyətin maraqlarına xidmət edir. Ona görə də bütün sərnişinlər bu
məsələdə həssaslıq göstərməlidir. Yaxşı olar ki, bu cür hərəkət edən sərnişini görəndə ətrafdakı insanlar ona reaksiya versin, onu bu qanunsuz hərəkətindən çəkindirsinlər”.

Qeyd edək ki, 6 yanvar tarixində Zığ şossesində 175 nömrəli marşrut avtobusu yoldan çıxaraq dərəyə aşmışdı. Qəza zamanı avtobusun içərisində olan 20-yə yaxın sərnişindən 12-si müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Bu hadisədən sonra avtobusun daşıyıcısı dəyişdirilərək, "Bakı Bus”la əvəz edildi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol