• $
  • €
  • ₽
  • ₺
  • £

Abid Şərifov kimi və niyə vurdu?

Abid Şərifov kimi və niyə vurdu?
20.01.2018 21:49
Xəbər verdiyimiz kimi, baş nazirin müavini Abid Şərifov "ölkə.az” portalına müsahibə verib. Özünün təşəbbüsü ilə baş tutan müsahibədə Şərifovun bəzi ikibaşlı fikirləri diqqəti cəlb edib.

"Nazir vətənini sevən, partiyasına və dövlətinə sadiq adam, insan olmalıdır. Daha fırıldaq, dələduz olmalı, cızığından çıxmalı deyil. Yoxsa ki, "burada mənəm, Bağdadda kor xəlifə” deməklə iş olmur” – deyə, bəzi komanda yoldaşlarının "bostanına daş atan” baş nazirin müavini, müsahibəsinin sonunda ad çəkmədən övladlarının harınlığı ilə gündəmə gələn yüksək vəzifəli şəxsləri (?!) də hədəfə alıb.

Onun bu zaman səsləndirdiyi bəzi fikirlər isə həmkarı – baş nazirin digər müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənova göndərmə kimi qəbul oluna bilər. Hər halda Abid Şərifovun fikirlərini oxuduqda ilk ağla gələn şəxs nəvəsi milyonluq maşın kolleksiyası ilə harınlıq edən, avtomobili yüksək sürətlə idarə edərkən 2 nəfərin ölümünə səbəb olan Əli Həsənov olur. Sitat: "Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir. Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir? Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə edəsən. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var… Gərək övladını vaxtında düzgün tərbiyə edəsən. Övladı yaxşı tərbiyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir”.

Göründüyü kimi, ad çəkməsə belə Abid Şərifovun kimə mesaj göndərdiyini müəyyən etmək elə də çətin deyil. Hər halda onun "heç kim mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var” deyərkən, hansısa icra başçısını nəzərdə tutmadığı aydındır. İşarə birbaşa yaxın ətrafadır. Ətrafda isə bu "tərifə” nəvəsinin harınlığı ilə uzun müddət ictimaiyyətin qınaq obyektinə çevrilən Əli Həsənovdan daha çox uyğun gələn yoxdur…

Çox güman ki, Abid Şərifovun həmkarına belə ağır və açıq şəkildə mesaj göndərməsi təsadüfi deyil. "AzPolitika.info” xatırladır ki, məlum hadisəyə qədər Əli Həsənov baş nazirliyə əsas iddiaçılardan biri sayılırdı. Hətta bu vəzifəni tutacağına o qədər əminmiş ki, xaricdən sifarişlə zirehli maşın da gətizdiribmiş. Ancaq nəvəsinin törətdiyi məlum hadisə 2 nəfərin həyatı ilə yanaşı, Əli Həsənovun baş nazirlik iddialarına da son qoyub.

Əli Həsənovun baş nazirlik iddiası baş tutmasa da, onun belə bir niyyəti hökumətdəki bir çox şəxslərlə münasibətini gərginləşdirib. Xüsusən də baş nazirlikdə gözü olanlarla. Abid Şərifovun müsahibəsində Əli Həsənovu ittiham obyektinə çevirən fikirləri və "son nəfəsimə qədər də dövlətimizin və ölkəmizin inkişafı yolunda getməyə hazıram” sözləri, onun da baş nazirlik iddiasının olduğunu düşünməyə əsas verir. Əgər belədirsə, xeyirli olsun deyirik.
Ancaq onu da yada salmağı lazım bilirik ki, nəvəsi harınlıq edərək 2 nəfərin ölümünə səbəb olmazdan az əvvəl Əli Həsənov da oxşar fikirləri səsləndirmişdi. O, müsahibələrinin birində məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən demişdi: "Mənim də övladlarım var. Sizin xəbəriniz var, o kimdir?” Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir”…

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol