• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı deputat komadan ayıldı

Azərbaycanlı deputat komadan ayıldı
21.01.2018 22:58
Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edən deputat Nəriman Əliyev bir neçə gündür koma vəziyyətində idi. 

Milli Məclisdə 71 saylı Masallı kənd seçki dairəsini təmsil edən deputat Elmira Axundova Modern.az-a Nəriman Əliyevin bu gün komadan ayıldığını bildirib.

E. Axundova qeyd edib ki, deputat həmkarı Nəriman Əliyevin səhhəti ilə bağlı mütəmadi olaraq həm onun ailəsi, həm də Azərbaycan Ürək Sağlamlıq Assosiasiyasının prezidenti, tanınmış ürək cərrahı Rəşad Mahmudovla əlaqə saxlayıb: "Bu gün Rəşad Mahmudov bizə məlumat verdi ki, məsləhətləşmələrdən sonra Nəriman Əliyevin süni yatızdırılmasına son qoyulması qərara alınıb. Bundan sonra Nəriman Əliyev süni nəfəs aparatından ayrılıb. Əslində bu riskli bir qərar idi, amma şükürlər olsun ki, hər şey qaydasındadır.

Nəriman Əliyev ayıldıqdan sonra məlum oldu ki, huşu tam yerindədir və əvvəllər olan hər şeyi xatırlayır. Sonuncu xatırladığı isə odur ki, avtomobildə qəflətən halı pisləşib. Rəşad Mahmudovun bildirdiyinə görə, Nəriman Əliyevin ürəyi tam sağlamdır. Ürəyə yeni qoyulan 3 damarın hər biri də öz funksiyasını normal yerinə yetirir. Həmçinin, daxili orqanlarda da hər hansı problem yoxdur. Yaxın 5-6 gün müddətində Nəriman Əliyev reanimasiyada həkim nəzarətində olacaq və daha sonra palataya köçürüləcək”.
 
Elmira Axundova bildirib ki, Nəriman Əliyevin yenidən sağlamlığına qovuşmasında özünün sağlam orqanizmə sahib olmasının da böyük rolu olub: "Nəriman Əliyevdə aşkarlanan xəstəlik çox nadir hallarda rast gəlinən bir xəstəlik idi. Həkimlərin bildirdiyinə görə, bu şəkildə komaya düşənlərin əksəriyyətini həyata qaytarmaq mümkün olmur. Amma deputat həmkarımız  Rəşad Mahmudovun səyi ilə Nəriman Əliyev təkrar həyata qayıtdı. Bu həm də bizim tibb sahəsinin inkişafını, ölkənin müasir səviyyədə klinikalarının və təcrübəli, peşəkar  həkimlərin olmasının göstəricisidir. Nəriman Əliyev əslində yenidən dünyaya gəlib”.
 
Qeyd edək ki, Nəriman Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib  və elə əməliyyatdan sonra da komaya düşüb.
 
N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol