• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “kiçik çillə” başlayır

Azərbaycanda “kiçik çillə” başlayır
29.01.2018 11:15
Sabah qışın daha mülayim hesab edilən "Böyük çillə”si bitir, yanvarın 30-u isə daha soyuq sayılan "Kiçik çillə” başlayır.

Anews.az xəbər verir ki, xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür. 

Bunlar 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və daha sonra 30 günlük Boz aydır. Təqvimə əsasən, Böyük çillə dekabrın 21-dən daxil olur və yanvarın 30-dək davam edir. 

Kiçik çillə isə yanvarın 31-dən fevralın 19-dək, fevralın 20-dən martın 20-dək Boz ay davam edir.

Dekabrın 22-dən başlayaraq yanvarın 30-da başa çatan, təqribən 40 gün davam edən "Böyük çillə” dövründə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklərin intensivliyi də az olur.  İyirmi gün davam edən "Kiçik çillə”də isə "Böyük çillə”yə nisbətən hava daha soyuq, sərt olması ilə diqqəti cəlb edir:

"Kiçik çillə”də havanın temperaturu daha kəskin düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan verilən məlumata görə, Azərbaycanın bəzi bölgələrində "Böyük çillə”dən "Kiçik çillə”yə keçəndə müəyyən mərasimlər təşkil olunur. Belə mərasimlərdən biri "çillə qarpızı” ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan "çillə qarpızları” kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.

"Kiçik çillə”nin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir:

"Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir. Qovurğa qovrulur, qovut çəkilir”.

Qeyd edək ki, bəzi mənbələr "Çil” sözünü "çehl” sözü ilə, 40 rəqəmi ilə, bəzi mənbələrdə isə türk sözü olan "çil” sözü ilə əlaqələndirirlər. Yəni təbiətə çil düşür, təbiət ağır, çətin dövrünü keçirməyə başlayır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol