• $
  • €
  • ₽
  • ₺
  • £

Bu marşrut xəttinin hərəkətində dəyişiklik edilib

Bu marşrut xəttinin hərəkətində dəyişiklik edilib
01.02.2018 12:21
125 saylı marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "APA-Economics"ə verilən məlumata görə, bu marşrut üzrə avtobuslar "Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan "Bibiheybət yolu”na çıxmaqla ("Jurnalistlər binası”nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edəcək. Dəyişiklik nəticəsində "Bibiheybət yolu” ətrafında çoxsaylı yaşayış binalarının sakinlərinin, Bakı Ali Neft məktəbinin kampusunun müəllim və tələbə heyətinin, eləcə də həmin ərazidə olan iaşə obyektlərindən istifadə edən əhalinin müntəzəm marşrut xətti ilə "28 May” metrostansiyası – "Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirilməsi təmin ediləcək.

"Dəyişiklik edilməsi haqqında qərar, "Bibiheybət yolu” ("Jurnalistlərin binası”) ətrafında məskunlaşan sakinlərindən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan təhlillərə uyğun olaraq qəbul edilib. Belə ki, Su İdman Sarayından "Bibiheybət yolu” ("Jurnalistlərin binası”) ilə Bibiheybət məscidinə qədər marşrutun olmaması ərazidə məskunlaşan sakinlərin yaxınlıqdakı dayanacağa piyada gedişində çətinliklər yaradır. Belə ki, 20-ci sahədəki dayanacaqdan "Bibiheybət yolu” ətrafındakı yaşayış binalarına (Jurnalistlərin binası)  qədər piyada gediş məsafəsi 840 m təşkil edir",- deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 3 fevral tarixindən yenilənmiş sxem üzrə hərəkət edəcəklər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol