• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda endirimli “Qızlıq pərdəsi” ƏMƏLİYYATLARI 18+

Bakıda endirimli “Qızlıq pərdəsi” ƏMƏLİYYATLARI 18+
09.02.2018 09:43


 
Elon Maskın Marsa raket göndərdiyi bir dönəmdə Azərbaycanda hələ də öz aktuallığını qoruyan bir sıra məsələlər var. Hansı ki, onların mövcudluğu insanların həyatında başlıca problemə çevrilib.

Bunlardan biri də cəmiyyətdə mədəni mənalar yüklənmiş, əslində, bioloji baxımdan son dərəcə sadə bir orqan olan qızlıq pərdəsidir. 

Mentalitetə görə, qızların bəkarəti yalnız halal əri tərəfindən cinsi əlaqə zamanı pozula bilər. Nikahdankənar münasibətlərdə qadının bəkarəti pozularsa, onun üzvü olduğu ailə və nəsil üçün böyük utanc və faciə hesab olunar. Hətta bu hal cinayətə belə səbəb olacaq qədər mühümdür.

Azərbaycanda bu problemləri aradan qaldırmaq üçün əvvəllər gizli şəkildə həkimlərə müraciət olunurdusa, artıq himenoplastika əməliyyatı açıq-aşkar həyata keçirilir.

Belə ki, bu günlərdə cərrah, mama-ginekoloq Ramilə Abbaszadə bu və digər əməliyyatları keçirmək üçün sayt yaradıb. 

Bakıda endirimli

Saytda himenoplastikanın qiyməti, əməliyyatdan əvvəl və sonrakı bütün prosedurlar barədə məlumatlara yer ayrılıb.

Qeyd edilir ki, əməliyyatlar uzunmüddətli və ya üçgünlük olur. Həmçinin, saytda hər iki əməliyyatdan sonra cinsi əlaqə zamanı qanın normadan artıq olması, əməliyyatın xüsusi texnika ilə aparılması və əməliyyat zamanı müasir sovrulan incə saplardan istifadə edilməsi barədə məlumatlar var.

Bildirilir ki, əməliyyatın izləri hətta peşəkarlar üçün də görünməz şəkildə olur və əməliyyata 100 faiz zəmanət verilir.
Bakıda endirimli





Sayt vasitəsilə qeydiyyatdan keçib, endirim də əldə etmək olur. Belə ki, normal halda qiyməti 1000 manat olan əməliyyat, saytdan qeydiyyatdan keçənlərə 150 manat endirimlə təklif olunur.

Bakıda endirimli

Məsələni daha dərindən öyrənmək üçün saytda yer alan nömrələrlə əlaqə saxladıq. Özünü oxu.az-a Ramilə Abbaszadənin köməkçisi kimi təqdim edən Elnarə adlı şəxs qeyd olunan məlumatları təsdiqlədi:

"Əməliyyatlarımızın hamısının zəmanəti var. Ömürlük ediriksə, ömürlük zəmanət, üç günlükdürsə, üç gün zəmanət veririk. Əgər toyunuz ay yarım sonradırsa, ömürlük bakirəlik əməliyyatı etdirməlisiniz, yox, əgər on gün sonradırsa, üçgünlük əməliyyat etdirmək lazımdır. Üçgünlük zəmanət müddəti olan əməliyyatın qiyməti 500 manat, ömürlük olanın qiyməti isə 1000 manatdır”.

Bakıda endirimli


Qeyd edildi ki, əməliyyatlar iki xəstəxanada həyata keçirilir:

"Əməliyyata girməmişdən bir gün öncə qəbula yazılmaq lazımdır. Ayın 10-u toyundursa, doqquzu, ya da səkkizi əməliyyat edə bilərik”.

Məlumat üçün bildirək ki, sözügedən əməliyyatlar Türkiyədə 900 və 2700 manat arası dəyişir. Bu əməliyyat üçün Türkiyəyə gedən vətəndaşlarımızın sayı da az deyil. Onların bu addımı isə həkimlərin daha yaxşı və peşəkar olması ilə əlaqədardır.

Müasir cəmiyyətdə və son 70.000 illik insan təkamülündə insan zəkasının olduqca irəliləməsinə baxmayaraq, qızlıq pərdəsinin hələ də xüsusi məna kəsb etməsi cəhalətdən irəli gəlir. Lakin "qız” olmadığı halda aşkarca etirafdan, cəmiyyətin qınağına tuş gəlməkdən çəkinib sevgilisini və həyata yoldaşını aldadan, bir ömür boyu yalan üzərində özünə həyat quran qadın gələcəkdə də riyakar övladlar yetişdirər.

Ya bu "qız”lar onu hər halı ilə qəbul edən bir bəy tapmalı, ya da özlərini "qız” adı ilə sırımaqdan əl çəkməlidir.(manevr)
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol