• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülər müraciət hazırladı: Biz həmişə günahkarıq?

Sürücülər müraciət hazırladı: Biz həmişə günahkarıq?
02.03.2018 15:27
Bir qrup fəal sürücü yollarda baş verən qəzalar zamanı "həmişə sürücü günahkardır” düşüncəsinidən qurtulmaq üçün ali qurumlara müraciət hazırlayır.

Bu barədə Axar.az-a açıqlama verən hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, fəal sürücülər yollarda baş verən piyada vurulması hadisələrinə münasibətdə uzun müddət formalaşmış yanlış stereotiplərin dəyişdirilməsinə yönələn təşəbbüs irəli sürmüşdü. Bu məqsədlə sürücülər qəza hadisələrini araşdıran və hüquqi qiymət verən Ali Məhkəmə, DİN, Baş Prokurorluq orqanlarına müraciət hazırlayıb:

"Bu müraciət belə hadisələrin ədalətlə, obyektiv araşdırılmasına, cəmiyyətimizdə, əksər hallarda həm də istintaq və məhkəmə təcrübəsində formalaşan "həmişə sürücü günahkardır" düşüncəsinin aradan qaldırilmasına çağırışdır. Bilirik ki, hadisələrin əksəriyyətində sürücülər günahkardır, amma şübhəsiz ki, hamısında yox. Lakin həmin yanlış stereotip bəzən piyada intizamsızlığına rəvac verir, günahsız sürücü isə məhkuma çevrilir. Hər ikisi cəmiyyət üçün itkidir. Bunu dəyişmək lazımdır”.

Ötən ilin statistikasını xatırladan hüquqşünas bildirib ki, rəqəmlər də ürəkaçan deyil:

"2016-ci ildə ölkəmizdə qeydə alınmış piyada vurulma hadisələrinin 93 faizində sürücülər, cəmi 7 faizində isə piyadlar təqsirli sayılıb. Yol hərəkəti təhlükəsizliyinin və yol hərəkəti mədəniyyətinin səviyyəsi ölkəmizə yaxın, yol hərəkəti iştirakçılarının hüquqi məsuliyyəti məsələsini tənzimləyən qanunvericiliyi isə bizim qanunvericiliklə, demək olar ki, eyni olan Rusiya Federasiyasında isə 2015-2017-cı illərdə qeydə alınmış piyada vurulma hadisələrinin təxminən 54 faizində sürücülər, 42 faizində piyadlar, 4 faizində isə başqa şəxslər (xüsusən yol-nəqliyyat infrastrukturuna görə məsul şəxslər) təqsirli olub. Məsuliyyətli sürücünü piyadanın etdiyi səhvə görə cəzalandırılmaması üçün hər kəs bu müraciətdə qoşulmalıdır”.

Qeyd edək ki, fəal sürücülərin başlatdığı müraciət bu gün - 2 mart tarixində 18:30-dan 20:30-a dək Gənclik Mall AVN-in 3-cü mərtəbəsində baş tutacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol