Bakı metrosunda nasazlıq: Qatarlar ləngidi

Bu gün səhər saatlarında metronun "Nəriman Nərimanov” stansiyasında problem yaranıb.
Bu barədə anews.az-a "Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev məlumat verib:
"Nəriman Nərimanov” stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir. Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























