• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov məmur həyatından danışdı

Əli Həsənov məmur həyatından danışdı
10.03.2018 10:34
25 illik məmur həyatımda 3 halda özümü güclü hiss etmişəm.

Axar.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov jurnalistlərin bugünkü qurultayında onu ad günü münasibəti ilə təbrik edən MŞ rəhbəri Əflatun Amaşova cavab olaraq çıxışında deyib.

"Prezidentimin yanında olanda, ondan tapşırıq alanda, Milli ordumuzun paradı keçiriləndə, Hökümət Evinin qarşısında ordunun texniki vasitələrini görəndə və media təmsilçiləri içərisində olanda özümü güclü hiss edirəm. Biz dövlətimizin başçısı, milli ordumuz və qələm sahibləri olan sizlərlə güclüyük. Bu hallarda bizə heç kim heç nə edə bilməz”.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun 58 yaşı tamam olur.

Əli Məhəmmədəli oğlu Həsənov 1960-cı ilin martın 10-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, Ümummilli lider Heydər Əliyevin SSRİ dönəmində respublikaya rəhbərliyi zamanı Moskvaya ali təhsil almağa göndərdiyi əlaçı tələbə kontingentinin tərkibində olub.

İkinci kursda oxuyarkən tələbə olmasına baxmayaraq, öz təşəbbüsü ilə arxeoloji ekspedisiya təşkil edilməsinə nail olaraq, ona rəhbərlik edib. Naxçıvanın ərazisində yerləşən Qazma mağarasının abidələrinin aşkar edilməsi və öyrənilməsi onun adı ilə bağlıdır.

SSRİ-nin nüfuzlu ali məktəbi sayılan Moskva Dövlət Unversitetinin Tarix fakültəsini bitirən Ə.Həsənov tarix elmləri doktorudur. 1990-cı ilin qanlı yanvar hadisələri və ondan sonrakı informasiya blokadası dövründə Moskvada geniş fəaliyyət göstərən azərbaycanlı ziyalıların ən fəal nümayəndələrindən biri olan Əli Həsənov Bakıda törədilmiş qanlı cinayətə qarşı 1990-cı il yanvarın 21-22-də vüsət alan Ümummoskva hərəkatının ön sıralarında olub.

1993-cü ildən siyasi proseslərə qatılan Ə.Həsənov Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının fəal təşkilatçılarından olub.

O, 1994-95-ci illərdə Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri təyin edilir. Bir il bu vəzifədə çalışdıqdan sonra Ə.Həsənov dövlət idarəçiliynə cəlb olunur. 1995-ci ilin sentyabrında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunur. O, 1996-cı ildən bu şöbəyə rəhbərlik edir.

2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlanır.

Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Əli Həsənov 1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol