• $
  • €
  • ₽
  • ₺
  • £

Məmur polis oğlunun cinayət etməsinə belə reaksiya verdi

Məmur polis oğlunun cinayət etməsinə belə reaksiya verdi
11.03.2018 22:49
Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.

, Beyləqan rayon Yol Polisi Şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb.

Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.


Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov bildirib ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil.

İş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur.

X.Rüstəmova açıqlamasında Beyləqan rayon Yol Polis Bölməsinin əməkdaşı olan oğlu Tural Əliyevin iş yoldaşı Namiq Zeynalovu bıçaqlamasını təkzib edib.

X.Rüstəmova bildirib ki, oğlu haqda tam yalnış məlumat yayılıb: ''Belə bir məlumatı yazmamışdan qabaq adamdan soruşarlar... Hadisə polislərin idman saatında, məşq edən zaman, güləşərkən olub və yüngül zədə alıb. Hazırda həmin polis də işindədir. Bu adam necə bıçaqlanıb ki, işdədir. Bu adamlar niyə yalan məlumat deyir? Adam kişi olar, kişi kimi də məlumat verər. Oğlum polisə yeni düzəlib. O necə cinayət elədi ki, heç kimin xəbəri olmadı? Təkrar edirəm, Xuraman Rüstəmovanın oğlunun belə bir cinayətlə heç bir əlaqəsi yoxdur. Uşaqlarım hamı ilə ''qurban olum-başına dönüm''lə danışır. Onların hər biri ciddi nəzarət olunan qurumların işçiləridir''.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol