• $
  • €
  • ₽
  • ₺
  • £

Bu müəllimlər işdən azad olunmalıdır - Ekspert

Bu müəllimlər işdən azad olunmalıdır - Ekspert
22.03.2018 10:44
Ölkəmizdə 4472 orta ümumtəhsil məktəblərində 151 mindən çox müəllimin çalışmasına baxmayaraq onların hamısı ali təhsilli deyil.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov müəllimlərin işinə hansı halda xitam verilə biləcəyi haqda sorğumuzu cavablandırarkən bildirib. Onun sözlərinə görə, müəyyən faiz müəllim orta ixtisas təhsili ilə gənc nəslin nümayəndələrinə bilik öyrədir:

"Bu o demək deyil ki, onlar həmişəlik bu vəzifəni yerinə yetirə bilərlər. Lakin bu heç də o demək deyil ki, müəssisə rəhbərliyi istədiyi vaxt kimisə işdən azad edə bilər. İlk növbədə Əmək Məcəlləsində nəzərdə tutulmuş hallar olmalıdır".

K.Əsədov xatırladıb ki, əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir:

"Sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

İkincisi, işçinin müəyyən üzrlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Məktəb direktoru tərəfindən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır".

Ekspert 2014-cü ildə bütün müəllimlər üçün etik davranış qaydaları qəbul edildiyini vurğulayıb:

"Müəllim içkili vəziyyətdə dərsə gələrsə, dərs dediyi şagirdlərə, iş yoldaşlarına qarşı əxlaqsız hərəkətlər edərsə bu onun fəaliyyətinə xitam verilməsi üçün əsasdır.

Məktəbin əmlakına bilərəkdən ziyan vurduqda o zərərli ödəməklə işdən azad edilir.

Müəllimin şagirdi ilə hansısa bir sevgi, intim əlaqəsi ola bilməz. Bu kimi hallar baş verərsə həmin müəllimin əmək müqaviləsinə xitam verilir və o bir daha təhsil sahəsində çalışması mümkün deyil".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol