• $
  • €
  • ₽
  • ₺
  • £

Rezidenturaya qəbul imtahanı keçiriləcək

Rezidenturaya qəbul imtahanı keçiriləcək
29.03.2018 15:00
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.

DİM-dən APA-ya verilən məlumata görə, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11-00-da başlanacaq, 2 saat 30 dəqiqə davam edəcək.

Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 15 dən 22-dək aparılıb. İmtahanda iştirak üçün 1092 namizəd  ərizə təqdim edib. Onlardan 931 nəfər Azərbaycan bölməsi, 161 nəfər rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 398 nəfəri oğlan, 694 nəfəri isə qızlardır. Namizədlərdən  460-ı  cari ilin, 632-si isə əvvəlki illərin məzunlarıdır, 6 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 11 imtahan rəhbəri, 98 nəzarətçi-müəllim cəlb olunacaq.

Ərizə vermiş namizədlər imtahanda iştirak etmək üçün martın 27-dən etibarən DİM-in internet saytına daxil olub "şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə "Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əsli

- "İmtahana buraxılış vərəqəsi”

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol