• $
  • €
  • ₽
  • ₺
  • £

Kriminal müharibə başladı

Kriminal müharibə başladı
02.04.2018 09:35
Ukraynanın Xarkov şəhərində martın 30-na keçən gecə azərbaycanlıların "Ağdam” restoranının qarşısında baş vermiş və bir Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insidentə dair yeni məqamlar ortaya çıxıb.


Yenicag.az xəbər verir ki, hücum edənlər "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovun briqadasının üzvləridir. Briqadanın üzvləri 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən "qanuni oğru” Rövşən Lənkəranskinin tərəfdarlarına atəş açıblar.


Lakin Ukrayna hüquq-mühafizə orqanları bu hücumun Xarkovda miqrantların biznesindən aylıq haqq tələb edən "Şərq korpusu” adlı slavyan qruplaşması tərəfindən törədildiyini ehtimal edirdi.


Xəbər verdiyimiz kimi, həmin gün "Ağdam” restoranından çıxan bir qrup qafqazlı restoranın qarşısında dayanmış avtomobildəki bir qrup silahlı şəxs tərəfindən atəşə tutulub. Avtomobildə 4 nəfər olub. Onlardan ikisi kalaşnikov avtomatı ilə restorandan çıxanlara yaylım atəşi açıb. Bu zaman Azərbaycan vətəndaşı, Xarkov bazarlarının birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb. Əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb. Polis hücum edənlərdən birinin fotorobotunu yayıb. Hadisə yerinin yaxınlığından bir kalaşnikov avtomadı və güllələr tapılıb.






Hüquq-mühafizə orqanındakı mənbələr bildirirlər ki, hazırda şəhərdəki xarici disporun biznesinin strateji bölgüsü gedir. Belə ki, şəhərdə "Şərq korpusu” adlı qruplaşma yaranıb və onlar miqrantların biznesindən pay tələb edir. Bu yaxınlarda xarici diaspor liderləri ilə "Şərq korpusu” arasında danışıqlar olub. Həmin danışıqlarda tələb edilib ki, Xarkovda biznesi olan bütün xaricilər aylıq haqq verməlidir. Lakin bəziləri bununla razılaşmayıb. Nəticə də kriminal müharibə başlayıb.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol